Su koronavirusdan xərçəngə qədər bir çox xəstəliklərin qarşısını almaqda faydalı ola bilər. Bunu Türk nəşri —
Sözcü-ya daxili tibb və nefrologiya mütəxəssisi, doktor Arzu Akgül söyləyib. Nəşr, xüsusən suyun bədəndə baş verən metabolik proseslərdə mühüm rol oynadığını bildirir. Mütəxəssis qeyd edir ki, böyrəklərin düzgün işləməsi üçün kifayət qədər su qəbul etmək lazımdır. Bir şəxs lazımi miqdarda maye almırsa, onun qanında toksinlər toplana, böyrəyində daşlar yarana bilər. Həmçinin lazımi qədər su içməyən insanlarda böyrək çatışmazlığı riski var.