QələmPaltardakı ləkələrdən mümkün qədər səmərəli şəkildə qurtulmaq üçün nə ilə qarşı-qarşıya olduğumuzu yaxşı bilməliyik. Ləkələr fərqlidir, onları yalnız asan və çətin olmaqla 2 qrupa bölmürük.
Əvvəlcə ləkənin suda həll olan yoxsa suya davamlı olduğunu müəyyənləşdirmək lazımdır.
Suda həll olunan ləkələrin kənarları parlaq və aydın olur. Ləkənin tərkibində piqmentlər varsa o zaman ləkənin kənarları orta hissəsindən daha tünd olacaqdır. Suya davamlı və ya yağlı ləkələrin kənarları isə tam aydın təyin oluna bilmir. Tərkibində piqment olan bütün ləkələr təzə halda daha yüngül hesab olunur. Bu, yağ bazasında baş verən oksidləşmə proseslərinə bağlıdır.
Ən inadkar ləkələr- bitki yağı, yod, yaşıl antiseptik (zelyonka) və qələm mürəkkəbidir. Ləkələnmiş paltarları dərhal yumaq lazımdır. Üç saatdan sonra bütün ləkələri çıxarmaq çətinləşir: çirk, günəş işığı və havanın iştirakı ilə oksidləşir və parçanın içərisinə nüfuz edir.
İkincisi, çirkin kimyəvi tərkibini müəyyənləşdirin.
Misalçün, qarışıq ləkələri yumaq daha çətindir və hətta birdən çox məhsula ehtiyacınız ola bilər.