Bədənimiz elə qurulmuşdur ki, bədən temperaturu da daxil olmaqla bütün daxili prosesləri mükəmməl tənzimləyir. Belə ki, bədən temperaturumuz yüksələndə tərləmə təbii olaraq artır. İstilik ötürmə mexanizmi işləmədikdə, bədənin həddən artıq isinməsi baş verir - həkimlər bu ağrılı vəziyyəti günvurma adlandırırlar.
Günvurma, günəş şüalarının uzun müddət insanın başına, bir başa təması səbəbindən meydana gəlir: infraqırmızı şüalar təkcə bədənin səthini deyil, beyin toxumasını da əhatə edən dərin toxumaları istiləşdirə bilir. Əvvəla, günvurma ilə mərkəzi sinir sistemi əziyyət çəkir. Həddindən artıq qızdırıcı impulslar beyin qabığına və sonra bədənin damar sisteminə daxil olur. Qan və limfa damarları genişlənir, bu da beyində olan boz maddənin sıxılmasına səbəb olur. Sinir hüceyrələri və ya neyronlar oksigensiz qalır və uzun müddət ciddi şəkildə günəş şüalarına məruz qalınma halında bu hüceyrələr ölürlər. Həssasiyyət və hərəkət fəaliyyəti pozulur, ürək-damar, tənəffüs və digər bədən sistemlərinin iltihablı reaksiyaları baş verə bilər.