2. Ani şiddətli baş ağrısı, bədənin bir hissəsinin uyuşması
Simptomlar: qəfil və şiddətli baş ağrısı, yeriş sabit olmadıqda mümkün balans pozulması, bədənin bir hissəsinin uyuşması, məsələn, üzün yarısının uyuşması, danışma problemlərinin yaranması: sözləri tələffüz etmənin çətinləşməsi, bir gözdə və ya hər ikisində görmə qabiliyyətinin itirilməsi, şüurun itirliməsi.
Niyə təhlükəlidir: bu cür simptomlar insultun- beynin qan dövranında pozğunluğun göstəricisidir. Qan hüceyrələrə daxil olmadıqda (qan laxtası və ya bir damarın yırtığı səbəbindən) hüceyrələr ölür. Buna görə insan hərəkət etmək, danışmaq, görmək, nəfəs almaq qabiliyyətini itirir.
Nə etməli:
- təcili yardım çağırın və simptomları dəqiq bir şəkildə bildirin;
- xəstəni yastığın üstünə uzandırın, yüksəklik çiyin sümüklərindən başlamalıdır.
- təmiz havanı təmin edin - otaqdakı pəncərəni və ya qapını açın, dar paltarları açın;
- su və yemək verməyin, çünki orqanların funksiyaları pozula bilər, belə halda bir adamın udması çətin olacaqdır;
- mümkünsə qan təzyiqini ölçün; əgər təzyiq yuxarıdırsa, aşağı salmaq üçün adətən qəbul etdiyi dərmanı verin, amma xəstənin qəbul etdiyi hər hansı bir dərman yoxdursa, heç bir şey verməyin.