Нaradan almaq
Tövsiyələrdə gördüyünüz bütün kosmetik vasitələrini Azərbaycanın ən böyük kosmetik və parfümeriya mağazaları olan Ideal və Sabina mağazalar şəbəkəsində, həmçinin, Bakıda yerləşən Yves Rocher brend mağazalarında Umico-dan keşbeklə əldə edə bilərsiniz.
Ideal Pаrfumery & Cosmetics
İdeal Parfumery & Cosmetics - Azərbaycanın kosmetika və parfumeriya sahəsində satış lideridir. Şirkət ölkənin böyük şəhərlərində fəaliyyət göstərən və müştərilərinə keyfiyyətli məhsullar və yüksək səviyyəli xidmət göstərən mağazalar şəbəkəsinə sahibdir. İdeal mağazalar şəbəkəsində məhşur brendlərin münasib və lüks gözəllik və qulluq məhsullarının geniş çeşidləri təqdim olunub.
Sabina Pаrfumery & Cosmetics
Sabina Parfumery & Cosmetics Azərbaycanda ən böyük parfümeriya və kosmetik şəbəkələrdən biridir. Şəbəkənin bütün mağazalarında dekorativ və qulluq kosmetikası ilə yanaşı ətirlərin geniş çeşididə təqdim olunur. Yeni bir ətir, pomada və ya dəriyə qulluq məhsulları ilə özünüzü sevindirin – Sabina mağazalarından birini ziyarət edin, gözəllik məsləhətçiləri sizə peşəkar məsləhətlər verməyə və düzgün seçim etməyə hər zaman hazırdırlar. Sabina - 25 il Sizinlə.
Yves Rocher
"Təbiət gözəllik mənbəyidir!" - unikal terapevtik birləşmələrdən məhsul yaratmaq üçün təbiətin təbii hədiyyələrindən istifadə edən məşhur kosmetik məhsulların əsas şüarı Yves Rocher-dir. Bu gün tanınmış markadan olan məhsullar 80 ölkənin insanları tərəfindən istifadə olunur, kosmetika dünyanın 4 min ticarət nöqtəsində satılır, bunlardan 6-sı Azərbaycanda yerləşir.