Zülallar - pişiklər üçün əsas enerji mənbəyidir. Bədənin özü qurucu zülalı istehsal etmir. Zülallar ət və ya balıq kimi yüksək keyfiyyətli və balanslı yeməklərdə olur, onların tərkibində, pişik əzələlərinin liflərini meydana gətirən amin turşusu vardır ki, bu da,pişiyin dərisini və tükünü sağlam saxlayır və immunitet sistemini gücləndirir. Ətin tərkibində ən vacib amin turşusu - göz aparatının sağlamlığından cavabdeh olan taurin var. Mütəmadi ət istehlakı olmadan, pişik kor ola bilər. Taurin çatışmazlığı sinir və ürək-damar sistemlərinin işində pozğunluqlara səbəb olur.
Pişiklərinizi çiy ət ilə yemləməyin. Çiy ət, hətta sənaye dondurucusunun öldürmədiyi potensial helmint mənbəyidir. Qaynadılmış ət isə artıq qida maddələrinin əhəmiyyətli hissəsini itirir. Keyfiyyətli yem müəyyən bir temperaturda hazırlanır, bu da ətləri parazitlərdən dezinfeksiya edir və bütün bioloji aktiv elementləri saxlayır.
Balıq, pəhrizdə vacib olsa da, miqdar olaraq ət qədər tələb olunmur. Tərkibində həddindən artıq çoxlu mineral var, pişiyin bədəni o mineralların xaric edilməsinə tab gətirə bilmir. Daş şəklində həddindən artıq minerallar böyrəklərdə və sidik sistemində yatır, bu da urolitiyazın sürətli inkişafına səbəb olur. Pişiyin menyusunda həddindən artıq çox balıq, qan laxtalanmasına cavabdeh olan K vitamini tədarükünü azaldır.
Yağlar, pişiyin bədəni üçün, bütün günü onu aktiv saxlayan "yanacaq" dır. Bundan əlavə, yağlar ev heyvanınızın daxili orqanlarını xarici zərərlərdən qoruyur. Hər gün pəhrizdə əsas yağ turşuları - Omega-3 və Omega-6 olmalıdır, bunun sayəsində pişiyin tükləri parlaq və hamar olur.
Karbohidratlar, pəhrizin əsas dayağı olmasa da, pişiyinizə əlavə enerji verir. Prebiyotiklər (mürəkkəb karbohidratlar, həll olunan lif) bağırsaq sağlamlığını dəstəkləyir və faydalı bakteriyalar üçün yetişdirici bir yer təşkil edir. Dostunuzun sağlam şəkildə tualetə getməsi üçün həll olunmayan lif də vacibdir.
Minerallar. Dişlərin, sümüklərin gücü və sağlamlığı üçün kalsium və fosfor xüsusilə vacibdir. Pişik hamilə olduqda və ya balalarına süd vermə zamanı minerallara olduqca çox ehtiyac duyur. Natrium, xlorid, maqnezium, kalium, sink, mis və dəmir də vacib minerallardır. Ən əsası mineralların düzgün nisbətlərdə olmasıdır, bir mineralın həddindən artıq olması digərinin çatışmazlığına səbəb ola bilər.
Yüksək keyfiyyətli qidalarda bəzi pişiklərin urolitiyaz xəstəliyinə meylliliyini nəzərə alınır və müvafiq olaraq bu cür qidada maqnezium və fosforun səviyyəsi optimal olur.
Pişiklər vitaminlərə də ehtiyac duyur, ancaq az miqdarda. Vitaminlər bədənin böyüməsini və inkişafını dəstəkləyir, görmə qabiliyyətini, dərinin və tüklərin vəziyyətini yaxşılaşdırır, yaraların sürətli sağalmasına kömək edir və sinir sisteminə müsbət təsir göstərir.