Sağlam qalmaq üçün gündəlik qidalarımızda nələr mütləq olmalıdır?
Sağlam bir qida aşağıdakıları əhatə etməlidir:
- ağır karbohidratlar - misalçün: düyü, qarabaşaq yarması, yulaf əzməsi, bütün taxıl çörəkləri, tərəvəz və bütün sevdiyiniz paxlalı bitkilər - mərcimək, lobya, noxud və s. Bütün bu məhsullar bizə enerji verir və bunlarsız biz işləyə və idman edə bilmərik;
- yağlar - ət və ət məhsullarından ala biləcəyimiz təbii yağlar və çərəzlər. Həmçinin bitki yağları çox yüksək kalorili qidalar olmasına baxmayaraq, vitamin və minerallarla zəngindir və eyni zamanda qidaların çox hissəsinin mənimsənilməsinə kömək edir, buna görə hər insanın orta miqdarda yağa ehtiyacı var. Əlbəttə ki, bitki yağlarının ən faydalısı zeytundur, buna görə də Azərbaycanda şanslıyıq - yerli istehsal olunan zeytun yağı qəbul edə bilərik, bu idxaldan daha əlverişlidir, lakin çox qidalı və sağlamdır;
- zülal- əlbəttə ki, ət, toyuq, yumurta, kəsmik və digər süd məhsulları, balıqlar. Paxlalı bitkilər, lobya, noxud və s;
- vitaminlər - bütün spektrli vitaminlərə ehtiyacımız var, buna görə də burada məhsullar fərqli olacaq, məsələn, A vitamini malın qaraciyəri, ispanaq, balıq, süd, yumurta və yerkökündə zəngindir, B6 vitamini balıq, mal əti qaraciyər və quş ətində zəngindir, alabalıqda B12 vitamini çoxdur, somon və tuna. Lakin ən populyar C vitamini daha çox qırmızı şirin bibərdə olur.