Ağrı kəskin yoxsa yüngüldür?
Əsas göstərici ağrının intensivliyidir. Filmlərdə tez-tez ürək tutması qurbanlarının sinələrini sıxaraq ağrıdanəyildiklərini, kəskin şəkildə qaşqabağının düşdüyünü görürük. Əslində, belə şiddətli ağrı infarkt üçün xarakterik deyil. Ürək tutmasının ağrısı ümumiyyətlə sinəyə oturan bir fil kimi, amansız bir təzyiq hissi kimi təsvir olunur.
Qısa kəskin bir ağrı, “sanki elektrik çarpması" kimi ifadələr, əksər hallarda sümük və ya sinir problemi, məsələn, qırıq qabırğa, əzələ gərginliyi və ya sinirin sıxılması nəticəsində baş verir.
“Bu cür ağrı infarktdan daha ağır ola bilər, ancaq çox tez çıxıb gedir" deyə doktor Laffin söyləyir. “Ürək infarktında sinə ağrısı 30 dəqiqə, bəzən daha uzun davam edə bilər."
Ürəkdəki ağrının başqa bir səbəbi qabırğa arası nevralgiya ola bilər. Onun əsas simptomu, sinə boşluğunda kəskin birtərəfli sancı ağrılarının əmələ gəlməsidir. Belə ağrı "lumbago" və ya "elektrik tokunun keçməsi" kimi təsvir olunur. Ağri vaxtıca çoxalır: yüngül bir sancılamaqdan başlayır, sonra güclənir və dözülməz olur.
Bu xəstəlik də müalicə edilməlidir, lakin hələ də stenokardio və ya infarkt kimi təhlükəli deyil.