Hər kəs çimərliyə: Umico-nun yeni tərəfdaşı - Bilgah Beach Hotel!
Çimərlik, Xəzər dənizinin inanılmaz mənzərəsi, ölkənin ən yaxşı 5 ulduzlu otellərindən biri, yüksək xidmət, dəbədəbə və lüks istirahət - və bütün bunlara görə 3% keşbek! Bilgah Beach Hotel-də istirahət edərək, özəl çimərlikdən tutmuş, Umico-dan keşbek-ə kimi bütün bonuslardan elə indi fayalana bilərsiniz.
2020-ci ilin yay xəyalı - çimərlikdə gözəl bir istirahətdir və bunu artıq gerçəkləşdirmək mümkündür: Bakının ilk lüks istirahət mərkəzi olan Bilgah Beach Hotel artıq açıldı və öz qonaqlarını qəbul etməyə hazırdr. World Luxury Hotel Awards 2017 tərəfindən ən yaxşı ailəvi istirahət mərkəzi kimi seçilən Bilgah Beach Hotel-də öz yay xəyallarınızı gerçəkləşdirməkdən savayı, heç gözlmədəyiniz xoş təəssüratlara qərq olacaqsınız.
Möhtəşəm dəniz mənzərələrindən zövq alın
Rahat bir ailə otağı? Yoxsa fransız neoklassik üslubunda lüks bir prezident otağı? Bəlkə şəxsi terası və qarajı olan müasir iki mərtəbəli kottec? Bilgah Beach Hotel 176 dəbdəbəli və müxtəlif kateqoriyalı otaqları, həmçinin, kölgəli yaşıllıqda yerləşən 14 kotteci təklif edir.
Mükəmməl xidmətin şahidi olun
Bilgah Beach Hotel əla xidməti ilə də sevilir. Restoranların fəaliyyətinin başlamasına kimi, Room Service - otel qonaqları üçün açıqdır. İstənilən vaxt otağınıza nahar sifariş edə bilərsiniz. SunRise Kafe - otelin qonaqlarının və çimərliyə gələn şəxslərin xidmətindədir.
Aktiv istirahət edin
Bilgah Beach Hotel-in böyük ərazisində gözəl bir gəzintiyə çıxıb, təmiz dəniz havasından və ətrafınızdakı gözəlliklərdən zövq ala bilərsiniz. Çimərlikdə vaxt keçirib, açıq oyun meydançasında uşaqlarınızla da oynaya bilərsiniz.
Unudulmaz bir tətil üçün
1
Bilgah Beach Hotel-də ən sevdiyiniz otağı veb səhifədən rezervasiya edin. Sifarişi daha sürətli etmək üçün isə +994 12 310 0009 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
2
Xidməti Umico ilə ödəyin.
3
Qeydiyyat masasında 3% keşbek-inizi əldə edin.
4
Tətilinizdən zövq alıb, xoş duyğularınızı ailəniz və dostlarınızla bölüşün!
Bilgah Beach Hotel - şəhərin səs-küyündən uzaqlaşıb istirahət etmək, ailənizlə və dostlarınızla gözəl bir vaxt keçirmək üçün mükəmməl bir yerdir. Xəzər dənizinin üzərindəki gün batımlarını isə uzun müddət unutmayacaqsınız.