Dəbli görünmək və hətta bunula pul qazanmaq?
Hər gün dəb, dəb yenilikləri, dəb tendensiyaları haqqında nəsə eşidirik və təəssüf ki, bu cür məlumatların 90% -i qadınlara ünvanlanır. Axı bu heç də düzgün deyil. Müasir kişilər getdikcə görünüşlərinə və geyimlərinə daha çox diqqət yetirirlər. Buna görə, bu gün Umico və onun yeni tərəfdaşı TUDORS ilə birlikdə 2020-ci ilin yay tendensiyalarını təhlil edir.
TUDORS köynəklərin əsl Krallığıdır. Təəccüblənməyin, çünki onun şüarı belə səslənir. TUDORS satış şəbəkəsinə 14 ölkədə 200-dən çox mağaza daxildir və böyüməyə davam edir. Azərbaycan 31 may 2020-ci ildə ilk TUDORS mağazasının açıldığı 15-ci ölkə oldu.

Bütün dünyada məşhur olan Türk TUDORS, brendi kişilər üçün köynəklər, qalstuklar, üst geyimləri və aksesuarların istehsalı və satışında ixtisaslaşır. Bu brend yüksək keyfiyyətli və münasib qiymətləri, habelə malların böyük çeşidini özündə cəmləşdirir. Burda köynəklər, t-shirt, polo köynəklər, gödəkçələr, jaketlər, qalstuklar, kəpənək-qalstuklar, kəmərlər, çantalar, pul qabları, bilərziklər, dəsmal, eynəklər və digər aksesuarları tapa bilərsiniz. Bakıdakı TUDORS mağazası Metropark ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşir.
TUDORS-ın tövsiyələrinə əməl edərək, bu yay kişilər dəbli və şık görünə bilərlər. Ən yaxşısı isə, hər hansı bir alış-verişdən 3.5% Umico bonusları ilə keşbek əldə etməklə pul qazana biləcəyiniz!
Mega populyar CASUAL tərzi
Ciddi klassikləri və idman tərzlərini birləşdirin və həm evdə həm də ofisdə əla görünün!
Casual tərzi kişilər arasında getdikcə daha çox yayılır. Bu tərzin özəlliyi, paltar seçərkən ciddi qaydaların olmamasıdır. Bu həm rahat, həm də şık bir görünüşdür, çünki ciddi klassikləri və idmanı birləşdirə bilərsiniz. İş yerində ciddi bir dress-kod tələbi yoxdursa, casual mükəmməl bir seçimdir.

Qısaqol və ya polo köynəklər, jeans və ya şalvar, şık bir kəmər və dəbli bir eynək - görünüşünüz artıq mükəmməldir! TUDORS-dan köynəkləri və ya polo-ları parlaq rənglər, cizgili printlər və ya yaşıl yarpaq printləri ilə seçə bilərsiniz – bu mövsümün ən dəbli bir həldir!
Klassik iş tərzi
Uğurlu bir kişi karyerası üçün hər şey
Heç kim üçün sirr deyil ki, uğurlu karyera bir çox amillərdən asılıdır və bu siyahıda görünüş aparıcı yer tutur. Koko Şanel bir dəfə demişdi: "İlk təəssürat yaratmaq heç kəsin ikinci bir şansı olmayacaq"

Qüsursuz iş tərzi geyim və aksesuarları bir neçə əsas elementi ilə formalaşır: kostyum, köynək, qalstuk, düzgün seçilmiş kəmər, saat və ayaqqabı. TUDORS çeşidi sizi heyran edəcək və təcrübəli məsləhətçilər sizə uyğun olanı seçməyə kömək edəcəklər.

Köynəklərə gəldikdə, bu mövsümün tendensiyası uzun qolları və dönmə yaxası olan klassik bir modeldir. Kostyum ilə bir qalstuk geyinməyə bilərsinizsə, o zaman duracaq yaxası olan yapon tərzində olan köynəklərə diqqət yetirməlisiniz, onlar da indi dəbdədir. Dar slim variantlar isə bu mövsümdə mövqelərini bir az itirdilər.
Təntənəli Black Tie tərzi
Ən təntənəli anlarda ideal görünün
Təntənəli bir məclisə hazırlaşırsınızsa, TUDORS-a getmək üçün əla bir fürsətdir. Burada xüsusiliyinizi vurğulayan bir bayram görünüşünün əlamətlərini tapa bilərsiniz - köynək, kəmər, kəpənək-qalstuku, ipək qalstuk və hətta zaponkaları.
İndi hara gedəcəyinizi və bütün hallar üçün yüksək keyfiyyətli köynəkləri və şık aksesuarları necə seçəcəyinizi bilirsiniz.
TUDORS ilə trenddə qalın və Umico ilə qazanın!
9 ИЮНЯ / 2020