Umico Beauty

Ev kosmetoloqu: Əsas dəriyə qulluq – Təmizləyici

Karantin şəraitində, təəssüf ki, sevimli salonlarımızı ziyarət edə və gündəlik həyatda alışdığımız qayğını təmin edə bilmirik. Gözəllik proseduralarının incəliklərini anlamağa kömək etmək üçün Umico və Yves Rocher“Ev kosmetoloqu” adlı yeni bir layihəyə başladır. Biz bu məqalələrdə dəriyə təməl qulluğun əsas prinsipləri haqqında danışacağıq və evdə özünüzə qulluq etməyinizə kömək edəcək faydalı və istifadəsi asan olan layfhak-ları sizinıə bölüşəcəyik.

Dərinin gözəlliyi və görünüşü haqqında danışmağa öyrəşmişik. Bununla birlikdə dəri bütöv bir orqan, bədənin təbii qoruyucu bir təbəqəsidir. Əlverişsiz ekoloji şərait, zəif qidalanma və stres ona mənfi təsir göstərir. Və hər şeydən əvvəl üzün dərisi əziyyət çəkir. Buna görə dörd təxirəsalınmaz addımdan ibarət hərtərəfli gündəlik qayğıya ehtiyacı var: təmizləmə, tonlama, nəmləndirmə və qidalanma. Yeni layihə – “Ev kosmetoloqu” nun ilk sayında təmizlənmədən bəhs edəcəyik.

Təmizləmə dəriyə qulluq üçün əsas prosedurlardan biridir. Bu gündəlik prosedurdan istifadə edərək, tər və artıq sebum, mikroorqanizmlər, epidermisin yuxarı qatının ölü hüceyrələrini, hər cür kir və dekorativ kosmetikaları dəri səthindən çıxarırıq. Dərinin vəziyyətinə və növünə uyğun olaraq təmizləyiciləri individual olaraq seçməlisiniz.

Təzmiləmənin 3 qaydası

Yalnız təmiz dəri sağlam və gözəl ola bilər

Qayda 1: Gündə iki dəfə dərinizi təmizləyin

Axşam təmizlənməsi “xarici çirkləndiriciləri” – toz, gündüz etdiyiniz makiyajı aradan qaldırmaq məqsədi daşıyır. Səhər təmizlənməsinin əsas məqsədi isə dərini “daxili” çirklərdən azad etməkdir. Dərimiz güclü ifrazat sistemidir. Tər vəziləri gündə 0,5 litrdən çox, içərisində həll olunan maddələr (ammiak, sidik turşusu, üre, duzlar) olan su ifraz edir. Dəri də həmçinin yağlı vəzin ifraz məhsulları ilə çirklənir. Metabolik proseslər gecə ən aktiv olduğundan, səhər saatlarında, dəridə gecə ərzində buraxılan “daxili” çirkləndiriciləri təmizləmək lazımdır.

Yuxudan sonra hər səhər dərini təmizləmək və makiyaj üçün hazırlamaq lazımdır. Axşam saatlarında isə bütün dekorativ kosmetikaları çıxarmaq lazımdır: yuxu zamanı dərinin nəfəs alması vacibdir.

Qayda 2: Xüsusi bir təmizləyici istifadə edin

Yuyarkən adi sabundan istifadə edilməməsi tövsiyə olunur, çünki sabun pH-ı (turşu-əsas balansı) dəyişir, dərini susuzlaşırır və epidermal təbəqəni zədələyir. Bu, dərinin vaxtından əvvəl yaşlanmasına səbəb olacaqdır. Bundan əlavə, hətta sərt kran suyu ilə birlikdə “ən yumşaq” sabun da dəriyə zərər verə bilər. Buna görə də dərinin növünə uyğun bir xüsusi bir təmizləyici seçmək lazımdır və yumaq üçün, yumşaq su, məsələn, qar (əridilmiş) suyu istifadə edin.

Gündəlik təmizlənmədən əlavə, zaman-zaman dərin təmizləyici məhsullardan da istifadə etmək lazımdır. Onların istifadə tezliyi cildin növündən asılıdır. Yağlı və qarışıq dərinin dərin təmizlənməsi həftədə bir və ya iki dəfə, quru dərilərdə – həftədə bir dəfə, həssas dərilərdə hər 10-12 gündə bir dəfədən çox olmamaqla həyata keçirilməsi tövsiyə olunur.

Evdə əridilmiş suyu necə hazırlamaq olar?

Əridilmiş su ödəmi neytrallaşdırır, tonlayır, yuxu hissini uzaqlaşdırır və təravət hissi verir. Sərin əridilmiş suyu ilə yuyulma nəticəsində dəri hamar olur və tonlanır.

Əridilmiş suyu əldə etmək üçün təmizlənmiş sudan istifadə edin. Bulaq suyu idealdır, ancaq filtrlənmiş adi kran suyundan da istifadə edə bilərsiniz. Təmizlənmiş suyu bir konteynerə tökün və dondurucuya qoyun. 40 dəqiqədən sonra suyun səthində nazik bir buz təbəqəsi yaranır. Tərkibində zərərli deyteriy (ağır hidrogen) olduğu üçün bu təbəqəni götürürük. Sonra konteyneri yenidən dondurucuya qoymaq lazımdır. 9-10 saatdan sonra su demək olar ki, tamamilə donacaq. Yalnız orta hissədə maye qalacaq. Həmin mayeni süzüb çıxarmaq lazımdır. Süzüb çıxardığınız mayenin tərkibində ağır metallar var. Bəzən buzun ortasında yerləşən top kimi yumru bir maye təbəqəsi meydana gəlir. Belə bir vəziyyətlə qarşılaşsanız, üst hissədən buzu bıçaqla vurun və maye olan təbəqəyə çatıb suyu buzdan ayırın. Qalan buzu isə otaq temperaturunda saxlayıb əridin. Buz əridildikdən sonra qalan su yuyunmaq və hətta içmək üçün istifadə edilə bilərsiniz. Dondurma müddəti, su qablarının dərinliyinə, eləcə də dondurucunun gücünə görə dəyişə bilər.

Qayda 3: Dərini masaj xətləri boyunca təmizləyin

Kir və dekorativ kosmetikanı müəyyən bir şəkildə çıxarın. Hərəkətləriniz, burun bazasından, qaşların xətti boyunca, gözlərin xarici küncünə doğru yönəldilməlidir.

Kosmetikaları təmizləyən zaman, yanaqlarda iri dairəvi hərəkətlərlə, burun qanadlarından gicgahlara doğru, ağız küncündən qulaqlara, çənənin ortasından qulağın alt hissəsinə doğru hərəkətlərlə təmizləyin.

Burun üzərində kosmetik vasitələr kiçik dairəvi hərəkətlərlə, dodaq ətrafındakı isə yarı dairəvi hərəkətlərlə, çənə altından – aşağı çənənin sağ küncündən sola doğru kiçik dairəvi hərəkətlərlə çıxarılır.

Boyunda kosmetik vasitələr qulaq seyvanı doğru böyük dairəvi hərəkətlərlə çıxarılır, xüsusən də boyunun aşağı hissəsində yüngül hərəkətlər tətbiq etmək lazımdır.

Makiyajı çıxararkən üzündəki dəri hərəketməməlidir. Bunun üçün pambıq disklərini təmizləyici ilə yaxşıca isladın və dəriyə çox sıxmayın.


Yves Rocher-də ən çox satılan 3 məhsul

Bütün dəri növləri üçün düzgün təmizlənmə


Express Remover – göyçiçək ekstraktı ilə göz makiyajı təmizləyici

Makiyajı yumşaq bir şəkildə çıxarır, sakitləşdirir və göz konturu dərisini qoruyur. Kontakt linzalar ilə istifadəyə uyğundur. Formula 99% -dən çox təbii mənşəli komponentlərdən ibarətdir. Tərkibində rəngləndiricilər, ətirlər, mineral yağlar və parabenlər yoxdur. Dermatoloqlar və oftalmoloqların nəzarəti altında sınaqdan keçirilmişdir.

14,80 AZN + 3,5% KEŞBEK

Ətraflı

Afloi ekstraktlı Miselyar Gel

Gel səhər və axşam təmizlənməsi üçün uyğundur. Bütün dəri növlərini asanlıqla və yumşaqlıqla makiyajdan təmizləyir və su ilə durulama tələb etmir. Nəticədə dəri dərin təmizlənir, hamar və zərif olur

23,80 AZN + 3,5% KEŞBEK

Ətraflı

“İntensiv Nəmləndirici” Təmizləyici Gel

Gel formulu Edulis suyu hüceyrə ekstraktı ilə zənginləşdirilmişdir, hansı ki bütün dəri qatlarının nəmlənməsini təmin edir və intensiv nəmləndirməni saxlayır.

15,20 AZN + 3,5% KEŞBEK

Ətraflı

Yvesrocher.az saytında hər hansı bir gözəllik məhsulunu sifariş edin və 3,5% Umico bonusları məhsullarınızı evə çatdırsınlar.


Evdə salon

Ev şəraitində üz təmizliyi

Evdə üzünüzü təmizləmək üçün aşağıdakı üsuldan istifadə edə bilərsiniz.

Kastor yağını ən sevimli yağlarınızdan biri ilə qarışdırın. Bunlar: jojoba, üzüm toxumu, zeytun və ya avokado yağı ola bilər. Quru dərilər üçün, kastor yağının 1 damlası üçün, bazanın 9 damcısını, normal dərilər üçün – 2: 8 nisbətində, yağlı dərilər üçün isə – 3: 7 nisbətində götürmək lazımdır.

Bir terri dəsmalı isti su ilə isladın (amma qaynar su deyil). Bundan əlavə, suya bir az duz və çay ağacı yağı da əlavə edə bilərsiniz, ancaq sonra məhsulu göz ətrafındakı əraziyə tətbiq etmək olmaz.

2-3 dəqiqə ərzində yağ qarışığını ilə təmizlənmiş dəriyə masaj edin, sonra 1 dəqiqə gözlədin və isti su ilə isladılmış (qaynar olmayan) dəsmal ilə, hopdurma hərəkəti edərək üzünüzdən yağı təmizləyin.

Prosedur üçün kastor və baza yağları, Umico tərəfdaşı olan, hər hansı aptekdən əldə edə bilərsiniz.

Hər an gözəl qalın — Umico və Yves Rocher hər zaman sizinlədir!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %