İlk yardım: qan təzyiqi qalxarsa nə etmək lazımdır?
Hipertoniya ən çox yayılmış xəstəliklərdən biridir. Hər bir insanda görünə bilər, ancaq yaşlı insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkirlər. Hipertonik kriz demək olar ki, istənilən vaxt baş verə bilər. Heç bir xəbərdarlıq əlaməti və ya simptomun olmaması onu qorxulu edir. Buna görə hipertoniya tez-tez "səssiz qatil" olaraq xatırlanır. Qan təzyiqinin kəskin artması halında ilk yardımın necə göstəriləcəyini yalnız hipertonik xəstələrin deyil, həm də onların qohumları və yaxınlarının da bilməsi vacibdir.
Umico tərəfindən Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə birlikdə hazırlanan "İlk yardım lazım olarsa nə etməli" layihəsi çərçivəsində kritik vəziyyətlərdə necə kömək göstərəcəyimizdən danışırıq. Bu gün hipertoniyanı necə tanıya biləcəyimizi və hipertonik krizin qarşısını almağı izah edəcəyik. Yüksək qan təzyiqi göz ardı edilə bilməz: müalicə olunmazsa ömrü qısalda biləcək qədər təhlükəlidir.
Hipertonik kriz nədir?
Hipertonik kriz, qan təzyiqinin qəfil və əhəmiyyətli dərəcədə artmasıdır, ümumiyyətlə 40-60 mm c.s fərdi normadan yüksəkdir. Yəni kimsə 220/100 təzyiqdə, başqa bir insan isə 130/90 təzyiqdə hipertonik kriz keçirə bilər. Bir insanın daima aşağı qan təzyiqi varsa, bunun bir qədər artması da hipertonik krizə səbəb ola bilər. Hər halda, nevroloji, ürək və digər vegetativ xəstəliklər meydana gəlir. Vaxtında müdaxilə olmadan fəsadları ağır ola bilər və hətta ölümlə nəticələnməsi mümkündür.
Hipertonik krizin simptomları
Yüksək təzyiq
Baş ağrısı, adətən başın arxa-aşağı hissəsində
Gicgahlarda döyünmə
Gözlərin qarışqalanması
Sinə ağrısı
Ürək bulanması və qusma
Yatarkən artan nəfəs darlığı
Üzün və ya ümumi olaraq bədənin şişməsi
Soyuq tər və hətta ağrı tutması
Hipertonik kriz zamanı qaşınma və qıcıqlanma
Təzyiq stresli bir vəziyyətdə və ya ağır fiziki aktivlik zamanı arta bilər. İlk simptomlar bədənin öz yükünə tab gətirmədiyi zaman ortaya çıxır və damarlarda kritik dəyişikliklər baş verir. Çox vaxt hipertonik kriz yaşayan insanlarda arterial hipertoniya və ya ürəyin, böyrəklərin, böyrəküstü vəzilərin patologiyaları olur. Hipertonik kriz I və II növlərə aiddir, həm də mürəkkəbdir.
Göstərici 130/80 və daha yuxarı olduqda artan təzyiq nəzərə alınır.
Avropa Kardiologiya Birliyi xəbərdarlıq edir ki, bu cür təzyiq insult və infarkt inkişafı riskləri artır. Yeri gəlmişkən, orta yaşlı və yaşlı insanlarda təzyiqin daha tez-tez artmasına baxmayaraq, qan təzyiqi göstəriciləri üçün fərdi və ya yaşa görə standartlar yoxdur. Bu, damar sərtləşməsi və ya, məsələn, böyrək funksiyasının dəyişməsi ilə əlaqəli ola bilər.
I tip hipertonik kriz

Tez inkişaf edir, kəskin baş ağrısı, başgicəllənmə, ürək bulanması, gözlər qarşısında qarışqalanma ilə müşayiət olunur. Xəstələr bədəndə titrəmə və istilik hiss edirlər. Boyun, üz və bəzən sinə dərisində qırmızı ləkələr görünür. Artan ürək döyüntüsü və sinə daxilində ağırlıq hissi ola bilər. Taxikardiya qeyd olunur. Qan təzyiqi əsasən sistolik olan artır. ("yuxarı" təzyiq göstəricisi 200-ə yaxındır). Kriz çox sidiklə nəticələnə bilər.

II tip hipertonik kriz

Bu, kifayət qədər effektiv müalicəsi olmayan və ya həyat tərzini pozan hipertonik xəstələrdə olur. Belə bir krizin simptomları daha yavaş görünür: bir neçə saat ərzində baş ağrısı əmələ gəlir, ürək bulanması, qusma, uyuşuqluq müşahidə olunur, görmə və eşitmə pisləşir. Arterial təzyiq kəskin şəkildə artır, əsasən diastolik ("aşağı" təzyiqin göstəricisi təxminən 140-160).

Fəsad hipertonik kriz

Yüksək qan təzyiqi, kəskin koronar çatışmazlıq, kəskin sol mədəciyin çatışmazlığı fonunda fəsad hipertonik krizlə - ürək astması, ağciyər ödemi meydana gəlir. Həmçinin beyin qan dövranının kəskin bir pozğunluğu da inkişaf edə bilər - hipertonik ensefalopatiya, keçici qan dövranının pozğunluğu və ya insult.
İlk yardım: təcili nə etmək lazımdır?
Əlbəttə ki, hipertonik kriz vəziyyətində təcili yardım çağırmaq lazımdır. Həkimlər gələnə qədər mütləq:
Xəstəni rahat yarı oturaq vəziyyətə gətirin. Beyin damarlarındakı stressi azaltmaq üçün baş bədən səviyyəsindən yuxarıda olmalıdır.
Xəstənin tam istirahət vəziyyətində olmasını təmin edin. Heç bir şey onu qıcıqlandırmamalıdır. Sakit bir mühit yaradın və işıqları azaldın.
Xəstənin ayaqlarını isitmək lazımdır. Bunu etmək üçün ayaqlarına xüsusi istilik yastığı, və ya plastik şüşədə isti su tətbiq edə bilərsiniz, lakin 20 dəqiqədən çox tətbiq etməyin.
Əgər bu ilk hal deyilsə və xəstədə həkim tərəfindən təyin olunan dərmanlar varsa, təzyiqi dərmanlarla aşağı salmaq lazımdır. Dərman vasitəsi ilə bir saat ərzində nəticə yoxdursa, təlimatlar təkrar olunmalıdır.
Xəstəyə 40 damla Korvalol və ya Valokordin, valerian və ya dama otu cövhəri (pustirnik) damlaması verə bilərsiniz. Bu xəstəni sakitləşdirməyə kömək edəcəkdir.
VACİBDİR!

Təzyiqi, saatda 10 mm c.s. çox olmamaqla azaltmaq lazımdır. Diqqət edin ki, təzyiqi birdən birə çox azaltmayasınız, çünki bu xəstənin huşunu itirməsinə səbəb ola və xəstənin vəziyyətini, xüsusən də yaşlı bir insandırsa, daha da çətinləşdirə bilər. Təzyiqin kəskin və əhəmiyyətli dərəcədə azalması qan axınının tükənməsi nəticəsində beyində və digər orqanlarda işemik dəyişikliklərin inkişafına səbəb ola bilər. İlk iki saatda təzyiq 20-25 mm c.s.-dan çox azaldılmamalıdır.
Hansı təzyiq normal sayılır
Yetkinlərdə normal qan təzyiqi, ümumi olaraq 120/80 qəbul edilir. Normaları bu formada qəbul etmək doğrudur, ancaq yaşa görə düzəlişlər var, buna görə hər kəsin öz norması olacaqdır.
2018-ci ildə Avropa Kardiologiya Cəmiyyəti hipertoniyanın müalicəsi üçün tövsiyələrini yeniləmişdir: indi normanın yuxarı həddi 130/ 80-dir. Əvvəllər, məsələn, müalicənin məqsədi qan təzyiqini 140/90 mm c.s-dan aşağı salmaq idi. İndi normanın yuxarı həddi 130/80 arasında hesab olunur. Təzyiqi bu rəqəmlərdən yuxarı olan xəstələrə həkim hipertoniya diaqnozu qoymalıdır.

Yüksək təzyiqin səbəbləri

Hipertoniya, müxtəlif səbəblərdən ortaya çıxan qan təzyiqinin tənzimlənməsi mexanizmlərinin fəaliyyətindəki pozğunluqlara görə inkişaf edir. Yaşlı insanlarda qan təzyiqi yaşla yüksəlir. Yeniyetmələrdə və gənclərdə bu xəstəliyə ətraf mühit amilləri, həyat tərzi və ya irsiyyət səbəb ola bilər. Bundan əlavə, hipertoniya böyrək, endokrin, neyrogen və ürək-damar xəstəliklərinin olması halında da inkişaf edir.
Risk amillərinə aşağıdakılar daxildir:
Yeməkdə artıq xolesterol və duz
Oturaq həyat tərzi və artıq bədən çəkisi.
Siqaret və alkoqol.
Gərginlik, stress, əsəb pozğunluğu
Hipertoniyası olan insanlar nə etməlidir
Əvvəlcə həyat tərzinizi yenidən nəzərdən keçirin və mümkün qədər sağlam olmağa çalışın
1
Qidalanmanızı sağlam diyetə (tərəvəzlər, meyvələr, bütün taxıllar) dəyişin və artıq çəki yaxud obez probleminiz varsa çəki itirməyə çalışın.
2
Duzu az qəbul edin. Həkimlər gündə 5 qramdan çox duz qəbul etməməyi tövsiyə. Duz qəbulunu azaltmaq üçün ancaq hazır yeməklərə duz əlavə edin. Unutmayın ki, bütün sənaye hazır məhsullarda duz olur.
3
İdman. Hipertonik təzyiq xəstələri üçün ən vacib şey gəzməkdir. Evdə uzanmaq əvəzinə dartınma edin və ya gəzintiyə çıxın. Gündə 10 min addım atmağı hədəfləməyin, sadəcə çox gəzmək vərdişinə qapılın.
4
Stressdən çəkinin. Meditasiyanı mənimsəməyə çalışın.
5
Alkoqoldan çox istifadə etməyin.
6
Qan təzyiqinizi, həmçinin qan şəkərinizə və xolesterol səviyyənizə və sidiyinizdəki protein səviyyəsinə nəzarət edin.
LayFhak
Təzyiqi necə düzgün ölçmək olar

Manjeti qolunuza ürək səviyyəsində yerləşdirin. Qan təzyiqini yalnız oturarkən ölçmək lazımdır. Ölçmədən iki saat əvvəl göz damlaları və ya burun damlaları istifadə etməyin. Yemək, acı çay, qəhvə, spirtli içkilər, fiziki fəaliyyət, siqaret, soyuğa məruz qalmaq kimi fəaliyyətlərdən ən azı 30 dəqiqə sonra təzyiqi ölçün. Təzyiqi ölçməzdən əvvəl 5-10 dəqiqə sakit oturmaq və ya yatıb istirahət etmək lazımdır. Təzyiq ölçənin kisəsi qan təzyiqini ölçmədən əvvəl boşaldılmalıdır. Fərqli əllərdə təzyiqin fərqli olduğunu görsəniz, daha yüksək olan rəqəmə diqqət yetirin.
Sağlam bir həyat tərzi sizə kömək edə bilər ki, dərman qəbul etməyəsiniz. Ancaq bütün bu tədbirlər kömək etməyəndə, həkim dərmanlar təyin edirlər, təbii ki, sağlam vərdişlərlə birlikdə dərman daha yaxşı işləyəcəkdir.
Sağlam olun!
Həmçinin oxuyun