İlk yardım: zəhərli ilan və həşərat dişləməsi zamanı nə etmək lazımdır?
Yay fəsli - günəş, çimərlik, yaşıllıqda piknik, baş evinə səyahət və qayğısız istirahət arzusudur. Ancaq bu fəsildə diqqətli olmaq hər zamankindən daha vacibdir! Azərbaycanda, yayda aktiv olan zəhərli ilanların, əqrəbləri, hörümçəklərin və həşəratların dişləməsindən çoxlu insan əziyyət çəkir. Təəssüf ki, düzgün kömək olunmazsa insan ölə bilər, amma hətta ilan dişləməsindən sağ çıxanlar da, adətən əlil olurlar.
Sizi çox diqqətli olmağa və Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə birgə, "İlk yardım lazım olarsa nə etməli" layihəsi çərçivəsində hazırladığımız ilan və böcək dişləmələri üçün ilk yardım qaydalarını öyrənməyə çağırırıq.
İlan sizi sancdıqdan sonra nə hiss edəcəksiniz?

İlan sancmasından sonra olan zəhərlənmə əlamətləri zəhərin miqdarından, dişləmin yerindən və ilin fəslindən asılıdır. Ən təhlükəliləri — başdan, boyundan və damardan olan sancmalardır. Ən təhlükəli ilanlar — qızmar yay günlərində olur: havanın hərarəti nə qədər yüksək olsa, intoksikasiya bir o qədər tez inkişaf edir. Bəzi ilanların orqanizmlərində, hörümçəklər, əqrəblər və böcəklərdə olduğu kimi, insan orqanizmi üçün ciddi təhlükə yaradan zəhərli maddələr mövcuddur.

İlan sizi sancdıqdan sonra, yaranın yeri "yanmağa" başlayacaq. Yaranın yerində iki dərin batıqlar, qızartı, iltihab, dərinin altında nöqtə-nöqtə qan yığılmaları, maye dolu köpüklər və nekrotik xoralar əmələ gələcək. Vaxt keçdikcə, baş gicəllənməsi, ürək bulanma, tərləmə, nəfəs darlığı və taxikardiya hiss edəcəksiniz. Yarım saat sonra, ayağınız iki ayaq boyda şişəcək. Eyni zamanda ümumi zəhərlənmə əlamətləri də ola bilər: güc itkisi, əzələ zəifliyi, qusma, zəif nəbz, qan təzyiqinin düşməsi, huşunu itirmə.

İlanlar adətən ayaqdan sancır. Zəhərin dərialtı yolu ilə axıdılması nəticəsində, intoksikasiya 1-4 saat ərzində inkişaf edir. Zəhərlənmə ən ağır hallarına uşaqlarda, qadınlarda və spirtli içki qəbul etmiş insanlarda rast gəlmək olar.
Важно!
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 5.8 milyon insanı ilan sancır. Bu ilanların yarısı isə zəhərli olur. İlan zəhərindən hər gün 220-380, hər il isə 80 mindən 128 minədək insan ölür.
Hər dəqiqə vacibdir!

İlan sancdıqdan sonra ilk yardım
1
Zərərçəkənə maksimal dərəcədə sakitlik lazımdır. Qanın ümumi dövranına zəhər axınını yavaşlatmaq üçün xəstə, üfüqi bir vəziyyətə qoyulmalı və tamamilə hərəkətsiz bir vəziyyətə gətirilməli. İlan ayaqdan sancdısa, ayağı sağlam bir yerə bağlayıb, dizlərin altını hündür etmək üçün bir əşya qoymaq lazımdır. Qol zərər çəkdisə, onu bükük vəziyyətdə saxlamaq lazımdır.
2
Zəhəri tez bir şəkildə sorub çıxarmaq lazımdır. Bunun üçün yaranın ətrafında olan sarğının ətrafına əl ilə basdırıb, eyni zamanda çıxan mayeni sormaq -mütləqdir. Ağıza dolan mayeni isə tez bir zamanda tüpürmək lazımdır. Zəhəri çıxarmağın bir digər növü isə — qabarcıq və ya yumru şüşədən istifadə etməkdir. Qabarcığın içini alovla kifayət qədər qızdırıb, alov sönən kimi qabarcığın ağzını yaraya yapışdırın. Zəhər ilk 15 dəqiqə ərzində davamlı olaraq əmilməlidir – bu, zərərçəkənin bədənindən zəhərin 50% -ni çıxaracaqdır. Zəhəri, dodaqlarında və ağıznda çatlar və yaralar olan biri əmməlidir.
3
Yara dezinfeksiya olunmalı və steril bir bandaj ilə sıx bir şəkildə tətbiq edilməlidir.
4
Zərər çəkənə içməsi üçün çoxlu miqdarda su verin: maye, zəhəri orqanizmdən tez bir şəkildə çıxarılması üçün kömək edəcəkdir.
5
Xəstəni bacardığınız qədər tez bir şəkildə xəstəxanaya çatdırmağa çalışın. Bu çox vacibdir.
İlan sancdıqda qəti sürətdə nələri etməməli
Sancılan yerin üstünə basmaq. Köməkliyinizdən çox, zərəriniz toxunacaq.
Sancılan yeri kəsmək. Siz yenə xeyirdən çox, ziyan vermiş olacaqsınız.
Qəti sürətdə spirtli içki vermək lazım deyil. Alkoqol, zəhərin orqanizmi tərk etməsini yavaşladır.
Dərinin üstünə ot və ya əlinizin altında olan digər əşyaları qoymaq lazım deyil. İnfeksiya yoluxdura bilərsiniz.
Azərbaycanda olan hansı zəhərli ilanlardan qorunmaq lazımdır?
Azərbaycanda 28 cür ilan var və onların yalnız altısı zəhərlidir. Ən çox rast gəlinən — gürzə və ya Levantine ilanıdır. O, dünyanın ən zəhərli ilanlarından biridir. Gürzənin zəhəri toxumaların nekrozuna və şoka səbəb olur. Əvvəlcə damarlar tromblaşır, sonra fibrinogen qandan yox olur və qan laxtalanması baş verir. Ölüm halları tez-tez olur. Gürzəyə, Azərbaycanın bütün isti və quraq düzənliklərində, dağətəyi çöllərində və quru meşələrində rast gəlmək olar. Onları boz rəngli və üstlərindəki ziqzaq naxışına görə zərərsiz ilanlardan ayırd edə bilərsiniz. Lakin sırf qara gürzələrə də rast gələ bilərsiniz.

Adətən ilanlar əvvəlcədən insanlardan gizlənməyə çalışırlar, çünki yerin titrəməsindən hər hansı bir canlının yaxınlaşmasını hiss edirlər. Gecələr, ilanlar öz sığınacaqlarında gizlənir, buna görə də, qaranlıqda onlara rast gəlməyəcəyinizdən əmin ola bilərsiniz. İlanla qarşılaşmanın yüksək ehtimalı səhər saatlarında — bu soyuqqanlı heyvanların isinmək üçün çıxdığı vaxtlarda olur.

Azərbaycanda rast gəlinən digər beş növ zəhərli ilan — kiçik dağ ilanlarıdır və olduqca nadirdir. Digər ilanlar — qərb yatağanı, kor ilan, eyrenis — zəhərli sayılmırlar. Buna baxmayaraq, sizə tanış olmayan istənilən ilan növünü təhlükəli saymaqda fayda var. Onlarla rastlaşdıqda — tam diqqətli və ehtiyatlı olmalısınız. İlanlar hər zaman hücum edəcəkləri barədə xəbərdarlıq edirlər: bəziləri başlarını yellədir, bəziləri fısıldayır, digərləri isə üzüklər kimi bükülür. Ölü ilanlardan da uzaq durmaq lazımdır. Çünki onların dişlərindəki zəhər hələ uzun zaman aktiv ola bilər və bilmədən sancılsanız, zəhərlənmə ağır ola bilər.
Hələ siz növbəti təhlükəyə bir göz atın

Əqrəbin ilk sancması
İlan sancmasında olduğu kimi, bu zərərli böcəyin də sancmasında ilk yardımın tez bir şəkildə göstərilməsi çox vacibdir. Simptomlar ilan sancmasına bənzəyir.
1
Zəhəri sıxmağa, ısırıqda kiçik bir kəsik düzəltməyə və sormağa çalışın. Maye tez-tez tüpürülməlidir. Proseduru etdikdən sonra ağzınızı su ilə yaxşıca yuyun.
2
Yarını spirtli bir məhlul ilə təmizləyin və antiseptik bir bezlə bağlayın. Bu, əqrəbin iynəsində olan mikrobların yaraya düşməsinin qarşısını alacaq.
3
Ödemin yox olması və ağrının azalması üçün yaranı soyuq saxlayın və sıx bir bezlə bağlayın. Bu, zəhərin orqanizmdəki inkişafını azaldacaq.
4
Zərər çəkəni yatay vəziyyətə qoyaraq, sancılmış yeri tam hərəkətsiz bir şəkilə gətirmək lazımdır.
5
Dişləm yerinə, zəhərin inkişafının qarşısını almaq məqsədi ilə adrenalin və ya novokain inyeksiya edə bilərsiniz.
6
Zərərçəkən, təcili olaraq peşəkar yardım və sonrakı müalicə üçün xəstəxanaya aparılmalıdır.
Arı sancamsına qarşı ilk yardım
Bir çoxları arıların ısırığına ciddi yanaşmırlar, lakin nəticələr ısırıq yerindən və sağlamlıq vəziyyətindən asılıdır, çünki allergiyanın səbəbi ola bilər.
1
İlk olaraq, sancılmış yeri tapıb, özündə zəhəri ehtiva edən böcəyin iynəsini çıxarmaq lazımdır.
2
Sancılmış spirtli məhlul ilə təmizləmək lazımdır
3
Ağrıdan və ödemdən azad olmaq üçün yaranı soyuq saxlamaq lazımdır
4
Profilaktika üçün isə antihistaminik bir dərman içə bilərsiniz ki, sancmadan allergik reaksiya yaranmasın.
5
Zəhərlənmənin ümumi simptomları, habelə farenksdə və ya gözlərdə bir ısırıq olduqda, təcili tibbi yardım müəssisəsinə aparılmalıdır.
Hörümçək dişləməsində ilk yardım
Azərbaycanda özünüzü dişləmlərindən qorumaq məcburiyyətində olduğunuz zəhərli hörümçək növləri də mövcuddur. Bu vəziyyətdə ilk yardım yuxarıda sadaladıqlarımızla eynidır. Karakurt və ya qara dul hörümçəyinin dişləm ağrısı bir-bir saat yarım sonra başlayır. Baş gicəllənmə, sarsıntı kimi simptomlar baş verə bilər, əzələlərin, xüsusən tənəffüs və ürəyin fəaliyyəti pozulur, zərərçəkən nəfəs almaqda çətinlik çəkir.
1
Dişlənmiş yeri soyuq saxlayıb, zərərçəkənə parasetamol vermək lazımdır.
2
Hörümçək, əldən və ya ayaqdan dişlədisə, zəhərin inkişafının qarşısını almaq məqsədi ilə, onları aşağı salıb hərəkətsiz etmək lazımdır.
3
Yaranı bintlə sarmaq lazımdır. Əgər belə bir imkanınız yoxdursa, yaranın üstünə basıb, həkimə gedin.
4
Zərərçəkənə çoxlu miqdarda su verin.
Zəhərli ilanların və böcəklərin sancmalarından qorunmaq üçün sizə bəzi məshləhətlərimiz
Özünüzü qorumaq üçün, təbii ki, diqqətli olub, ilanların və böcəklərin olduğu yerlərə getmək lazım deyil və həmçinin, onların, yaşadığınız əraziyə gəlmələrinin qarşısını almağınız lazımdır. İlanlar, özləri üçün yem tapa biləcəyi, gizlənib, qəflətən hücum edə biləcəkləri ərazilərə gəlir. Əgər bir insan ilanın yaxınlığında olsa, ilan, təhlükənin yaxınlaşdığını hiss edib, hücuma keçə bilər.
Evinizin yaxınlığında ilanların ovlanması üçün yerlər yaratmayın. İlanların yemi olan gəmiricilərin çuxurlarını tapın və aradan qaldırın. Evinizin ərazisini otlardan təmizləyin.
Zəhərli olmayan, ətraf mühiti çirkləndirməyən kimyəvi məhlullar və maddələrlə ilanları qorxutmağa çalışın. Belə tədbirlər hər 7-10 gündə bir həyata keçirilə bilər. İlanların qoxuya uyğunlaşacağını nəzərə alın və qorunma məhlullarını müəyyən bir vaxtdan sonra dəyişin.
Evinizdəki çatları təmir edin, ilanların ən sevimli yaşayış yerləri olan zirzəmilərə girişlərini mümkün qədər məhdudlaşdırın.
İndi məhsul yığımı dövründə tarlada işləyən insanlar təhlükəsizlik tədbirlərinə riayət etməlidirlər. Altı qalın olan ayaqqabı geyinmək çox vacibdir.
Meşədə gəzərkən, özünüzlə çubuq götürün və hündür otların olduğu yerlərə, eləcə də, yarğan olan yerlərə getməyin.
Diqqətli və sağlam olun!
Həmçinin oxuyun