Keşbekli kondisioner seçirik
Termometr 30 dərəcədən yuxarını göstərir. Təbii ki əsl Bakı sakinini belə isti hava ilə qorxutmaq olmaz amma indi evdə və işdə rahatlıq hər kəsin ilk prioritetidir. Qarşıda hələ 3 aylıq istinin olacağını düşünsək, indi kondisioner quraşdırmaq üçün ən yaxşı vaxtdır. Uyğun qiymətli və keyfiyyətli kondisioner almaq üçün, Umico və tərəfdaşımızın kondisioner seçməklə bağlı hazırladığı faydalı məlumatları oxuyun.
Nədən seçəcəyik: Mağaza və markalar

Kondisioner almaq ucuz başa gəlmir. Ona görə birinci Umico tərəfdaşlar siyahısına baxın və hansı kondisioner mağazalarından keşbek əldə edə biləcəyinizi öyrənin. Umico tərəfdaşları arasında seçim imkanı çox olan bazar liderləri var. Bunlar — Azərbaycanda ən böyük məişət texnikası və elektronika mağazalar şəbəkəsi olan Optimal, Maxi.az — online mağazası, Mitsubishi Electric kondisionerlərinin Azərbaycanda rəsmi distribüteri olan — NewCond mağazası, Smarton məişət texnikası mağazasıdır. Bu mağazaların hər birindən kondisioner aldığınız zaman 2% keşbek qazanacaqsınız. Həmçinin aksiyalar və hissə-hissə ödəmə imkanından yararlana bilərsiniz.
Əgər brendlərdən danışsaq, onda bazar liderlərindən biri əlbəttə ki, Mitsubishi Electric-dir
Digər məşhur markalar da Azərbaycanda təmsil olunur - Gree, Daikin, LG, AUX, Gorenje, Vestel, Panasonic və s. Büdcəyə uyğun modelləri Gree və Vestel markalarında tapa bilərsiniz. Mitsubishi Electric kondisioner kolleksiyalarında həm büdcəyə uyğun, həm də bahalı olmaqla, texnoloji cəhətdən inkişaf etmiş modellərə geniş seçim var.
Split-sistem və ya mobil kondisioner?

Klassik məişət kondisionerləri split sistem adlanır. Split sistemlər iki blokdan ibarətdir – xarici blok, burada kompressor dayanır (evin çöl hissəsində quraşdırdığınız) və daxili blok (mənzildə quraşdırdığınız).

Split sistemlərə alternativ, mobil kondisionerlərdir. Bu kondisionerlər xarici bloku olmadan havanı soyutma üçün nəzərdə tutulmuşdur. Mobil kondisionerlərdə daxili və xarici bloklar bir monoblokda bağlanır. Bu kondisionerlərin ayrılmaz hissəsi, isti havanın çıxması üçün büzməli bir borudur. İstehsalçılar kanalın quraşdırılması üçün bir neçə variant təklif edirlər: açıq pəncərə vasitəsilə, divar və ya pəncərədəki bir deşik vasitəsilə, bunun üçün zavod şamları kondisionerin komplektinə daxil edilir.

Mobil kondisionerlərin üstünlükləri arasında nəqliyyat və asan quraşdırma imkanı da var. Ancaq split sistemlərlə müqayisədə bu cihazların cəlbediciliyini azaldan mübahisəli məsələlər var. Əvvəla, bu kompressorun, split sistemlərdə olduğu kimi otaq xaricində deyil, otaq daxilində yerləşdirilməsidir. Bundan əlavə, məhdud soyutma gücü ilə yanaşı, həm də səs-küylüdür. Buna görə, bəzi rahatlıqlarına baxmayaraq, bu tip kondisionerlər, Bakıda -xüsusilə də bir mənzildə istifadə üçün çox populyar deyil. Həyət evləri və bağ üçün daha uyğundur.
Split sistemi harada yerləşdirmək olar?

Əgər seçiminiz ənənəvi split sistemi oldusa dərhal ikinci sual yaranır – kondisioneri harada yerləşdirəcəksiniz. Və burada da bir neçə variant var: tavan altındakı divarda, döşəmədə və ya asma tavana qurulmuş vəziyyətdə.

Müasir məişət kondisionerinin ən populyar növü, divar kondisionerləridir ki, daxili blokun divarda yerləşdirilməsi ilə xarakterizə olunur. Döşəmə kondisionerləri yerdə yerləşir və otaqların ən təsirli soyumasını təmin edir.

Asma tavanlara quraşdırılan kaset split sistemlər də var. Fərqli otaqlarda bir neçə kondisioner quraşdırmaq niyyətindəsinizsə, multisistemlərə diqqət yetirin. Belə kondisionerlərdə bir neçə otaqda yerləşdirilən daxili bloklar, bir xarici blokla birləşdirilir. Multisistemlər texnolojı, funksionallıq və eyni anda bir neçə otağı sərinləmək qabiliyyəti ilə fərqlənirlər.

Soyutma gücü

Kondisioner markası və növü barədə qərar vermisinizsə, müəyyən bir model seçimi ilə davam edirik. Və burada ilk növbədə diqqət yetirməli olduğumuz ən vacib xüsusiyyət soyutma gücdür. Kondisionerlərin soyutma gücü - kilovat (kVt) ilə ölçülür. Hansı gücdə kondisionerə ehtiyac duyduğunuzu hesablamaq üçün otaq sahəsini 10-a bölün - nəticədə boş bir otaq üçün minimum soyutma gücünü hesablamış olursunuz. Ancaq otaqda hansı istilik mənbəyinin olduğunu nəzərə almalıyıq, məsələn, daim orada olanların sayı, məişət texnikalarının sayı, hətta tavanın hündürlüyü və pəncərələrinkardinal nöqtələrə yönəldilməsi də vacibdir.
Bir qayda olaraq, 15 kvadrat metrlik bir otaq üçün — 2 kVt gücündə bir kondisioner, təxminən 20 m² olan bir otaq üçün isə — 2,5 kVt gücündə kondisioner kifayət edəcəkdir
Faydalı məsləhətlər
Kondisioner yerləşdirməyə qərar verdiyiniz otaqda heç bir qapı yoxdursa, onda soyutma qabiliyyətini hesablayarkən qonşu otaqların sahəsini nəzərə alın.
Otaqda çox sayda elektrik cihazı, xüsusilə kompüter avadanlığı varsa, daha yüksək gücü olan kondisionerləri seçmək daha yaxşıdır.
Çox günəş işığı qəbul edən otaq və mətbəx üçün, yaxşı olar ki, normal otağa tələb olunandan 10% daha yuxarı güclü kondisioner seçəsiniz.
On / Off və ya inverter?

Kondisionerin ikinci vacib xüsusiyyəti iş prinsipidir. Burada sizə iki seçim – on/off sistem və inverter sistem təklif edilir.

On/Off sistemli kondisionerlər havanı sönmə və işə düşmə rejimində soyudurlar. Bunlar daha erkən nəslin ənənəvi cihazlarıdır, daha ucuzdur və havanı təyin edilən temperatura qədər sərinlətdikdən sonra özləri avtomatik olaraq sönür, otaq istiləşməyə başlayanda yenidən işə düşürlər.

İnverter sistemlər dəyişən səmərəliklə işləyirlər. Bu kondisionerlər, otağı təyin olunan temperatura qədər soyutduqdan sonra, avtomatik özlərini söndürmürlər, əksinə sürəti azaldaraq temperaturu sabit səviyyədə saxlamaq üçün soyutma gücünü, dəyişirlər. Təyin olunan dərəcədən temperatur fərqi yalnız 1-3 dərəcə olacaqdır. İnverter sistemlər yeni nəsil qurğulardır. Qənaətcil bir iş rejiminə malikdirlər və daha səssizdirlər. Lakin onlar ənənəvi kondisionerlərdən orta hesabla 15-25% baha başa gəlir. Bundan əlavə, problem yarandıqda, inverter kondisioneri təmir etmək də daha baha gələcəkdir.

Faydalı məsləhət
Yataq otağında kəskin dalğalanmadan istiliyi rahat idarə etmək vacib olduğuna görə, yataq otağı üçün inverter kondisioner almaq daha yaxşıdır. Mətbəx və ya ofis üçün on/off sistemli kondisioner seçmək daha yaxşıdır. Çünki bu otaqlarda invertorların üstünlükləri o qədər də nəzərə çarpmır və artıq pul ödəməyin mənası yoxdur.

6 addımda necə kondisioneri necə almaq olar
1
Kondisionerin növünə qərar verin: Bağ evi və ya fərdi ev üçün daha uyğun olan split sistem yoxsa mobil kondisioner.
2
Kondisioneri yerləşdirmək istədiyiniz yerdə qərar verin: divarda, döşəmədə yoxsa asılmış tavana quraşdırılmış və buna uyğun kondisionerin növünü təyin edin: divar, döşəmə yoxsa kaset.
3
Bir anda bir neçə otaqda kondisionerlər quraşdırmaq istəyirsinizsə, multisistem seçin (bir xarici və bir neçə daxili blokdan).
4
Daha bahalı bir modelə çox pul verməmək üçün təxmini soyutma qabiliyyətini hesablayın.
5
Kondisioner quraşdırmaq istədiyiniz otaqdan asılı olaraq, On/Off (mətbəx üçün ən uyğun) və ya inverter (yataq otağı və qonaq otağı üçün) kondisionerini seçin.
6
Yuxarıdakı suallara qərar verdikdən sonra Umico tərəfdaş mağazalarının saytlarına baxın və keşbek qazanaraq alış edin.
Satın alarkən, kondisioneri quraşdıra bilib, bilməyəcəyinizi, servisin necə işlədiyini, həmçinin, zəmanəti olmasını yoxlamağı da unutmağı unutmayın