Nənəndən soruş.
Sous, mürəbbə, lavaş turşu - zoğaldan hazırlana biləcək ən yaxşı ləzzətlər

Azərbaycan mətbəxi parlaq, zəngin və fərqlidir. Təbiət səxavətlə torpağa tərəvəz, meyvə, ədviyyat və ətirli otlar bəxş edib və insanlar bütün bunları, dadı hər ailədə bilinən əsl kulinariya şah əsərlərinə çevirə biliblər. Nənənizin möcüzəvi şəkildə süfrəni öz-özünə yığılmış süfrəyə çevirməsini xatırlayırsınızmı? Azərbaycan mətbəxi həqiqətən irsimizdir, biz də Umico olaraq tərəfdaşımız Azersun ilə birlikdə mətbəximizə yeni bir layihə həsr etməyə qərar verdik. Sizə, Azərbaycan mətbəxinin əsas simvolları olan məhsullar haqqında danışacağıq, ən yaxşı reseptlər barədə məsləhət verib, nənələrdən kulinariya möcüzələrinin sirlərini bölüşəcəyik.
Hər həftə "Nənədən soruş" layihəsi çərçivəsində tərəfdaşımız Azersun'un dadlı və faydalı hədiyyələrini qazana biləcəyiniz bir viktorina keçiriləcək. Bunun üçün yalnız kulinariya suallarımızı düzgün cavablandırmaq lazımdır. Cavab barədə şübhəniz var? Nənəndən soruşun!

Şəfalı və əvəzolunmaz
Zoğal ilə başlamaq qərarına gəldik, onsuz Azərbaycan mətbəxini təsəvvür etmək mümkün deyil. Zoğal, Azərbaycanın demək olar ki, bütün bölgələrində yetişir, eyni zamanda bağlarda da yetişdirmək mümkündür. Bağda yetişdirilənlər dadlıdır, yabanı zoğallar isə balaca və az ətli olsa da daha aromatlıdır. Bağ zoğalı ətli, şirəli və böyükdür, piroq üçün əla doldurmalar hazırlamaq mükündür. Zoğaldan kompot, konservlər, mürəbbə hazırlanır, lavaş turşu çox populyardır və qurudulmuş formada yeyilir. Şirin və turş, büzücü dadı istənilən yeməyi tamamlayır, giləmeyvə həm emal olunmuş, həm də xam fromada çox dadlıdır. Düzdür, zoğalı çox yetişmiş halda yeyirlər. Giləmeyvənin uzun müddət olqunlaşması köhnə tatar əfsanəsi ilə izah olunur.

Allah çiçəklər, ağaclar və kolları insanlara və heyvanlara payladıqda, şeytan zoğalı çox sevirdi. O, hamısından əvvəl çiçək açdı və pis ruh meyvələrin çox tezliklə görünəcəyini, bazara aparılacağını və hədsiz qiymətlərlə satılacağını ümid etdi. Şeytan zoğal ağacı üçün yalvardı və gözlədi. Zaman keçdi, alma, gavalı, şaftalı və ərik yetişdi, ama şeytanın giləmeyvəsi yenə də möhkəm və turş qaldı. Qəzəbdən, pis ruh, zoğala tüpürdü və onu atdı, ağac isə dərhal yetişdi. İnsanlar ətirli şirin və turş giləmeyvə yığdılar və özünü aldadan şeytana güldülər. Buna görə zoğal tez-tez şeytan giləmeyvəsi adlanır.

Zoğal - ağac deyil, kol olmasına baxmayaraq çox güclü budaqlara sahibdir. Odisseyin oxları zoğal budaqlarından idi. Romul və Remusun, Romanın quruluş yerində atdığı nizə də zoğaldan hazırlanmışdır.

Zoğalın müalicəvi xüsusiyyətləri uzun müddətdir məlumdur, deyirlər ki, Hippokrat özü xəstələrini bununla müalicə edirmiş. Zoğal istənilən formada faydalıdır - dondurulmuş, qurudulmuş və ya konservləşdirilmiş. Bu meyvənin tərkibində askorbin turşusu var, buna görə zoğal mürəbbəsi çayı boğaz və soyuqdəymə üçün əla bir vasitədir. Zoğal suyu və ya bulyonu iltihab əleyhinə, bakterisid və antipiretik xüsusiyyətlərə malikdir, tənəffüs xəstəliklərindən sonra immuniteti bərpa edir və artırır. Zoğal, şəkərli diabet üçün faydalıdır - təzə çəkiliş zoğal şirəsi qlükoza səviyyəsini aşağı salır. Giləmeyvə bağırsaq pozğunluqları və ishal, revmatizm, ateroskleroz, anemiya, hipertoniya, podaqra və hətta raxit və piylənməyə problemlərində də kömək edəcəkdir. Zoğal budaqları və yarpaqlarından bir lokör maddələr mübadiləsini yaxşılaşdırır və yarpaqların özləri diüretik və xoleretik təsir göstərir.
Mətbəxə gedək
Zoğal mürəbbəsi
Zoğal 1 kq
Şəkər 1 kq
Su 200 ml

  • Zoğalı yuyun və suyu çəkilməsi üçün bir süzgəcdə saxlayın.
  • Bir stəkan suyu qazana və ya ləyənə tökün, şəkər əlavə edin və odun üstünə qoyun. Şəkər tamamilə həll edildikdən sonra zoğalı əlavə edin.
  • Arada qarışdıraraq aşağı od üzərində tam hazır vəziyyətə gətirin. Pişirərkən mürəbbə üzərində yaranan köpüyü götürün, o qalmamalıdır. Yeri gəlmişkən, onu da atmayın. Ayrı bir qabda yığıb şirniyyatlara əlavə edə və ya çayla içə bilərsiniz.
  • Mürəbbənin hazır olmasını yoxlamaq çox sadədir: bir boşqaba mürəbbə ilə dolu bir qaşıq qoyun və müxtəlif istiqamətlərə çevirin. Kütlənin qatıdırsa, yavaş-yavaş axacaqdır -bu halda mürəbbə hazırdır və sobadan götürülə bilər.
  • Hazırlanmış mürəbbəni bankalara tökün və qaranlıq bir yerə qoyun
Zoğal mürəbbəsi adətən qışda soyuqdəymələri müalicə etmək üçün saxlanılır. Əlbəttə, məmnuniyyətlə çay içib yayı xatırlamaq da mümkündür.
Lavaş tuşu
Zoğal 1 kq
Su 300 ml

  • Zoğalı yuyun, bir qazana qoyun və su əlavə edin. Od üzərində tez-tez qarışdırın, tam hazır vəziyyətə gətirin - zoğal qaynamalı və çox yumşaq olmalıdır.
  • Hazırlanmış zoğalı soyudun və toxumu və dərinisini çıxartmaq üçün bir süzgəcdən keçirin.
  • Rəndələnmiş püreni yenidən odun üstünə qoyun və bir çimdik duz əlavə edin.
  • Kütlə qatılaşan zaman, onu, əvvəlcədən zeytun yağı ilə yağlanmış qaba tökün. Doğru lavaş turşu almaq üçün təbəqə çox nazik olmalıdır. Lavaş turşunu qurumağa qoyun.
  • Hazır kütlə (turşu) sadəcə bir bankaya yığıla bilər və ət yeməkləri üçün sous kimi də istifadə edilə bilər.
Lavaş turşunun həqiqi həvəskarları onu konfet kimi yeyirlər, lakin heç bir ləvəngi, bu istər toyuq olsun, istər balıq ləvəngisi, bu əlavə olmadan olmaz. Lavaş turşunun özünəməxsus dad verdiyi başqa bir yemək isə əriştədir. Əlinizlə tortu kiçik parçalara ayırın və boşqabdakı yeməyin üzərinə səpin. Digər tərəfdən lavaş turşu, kotlet və kartof qızartması üçün əla bir əlavə ola bilər.
Zoğal sousu
Zoğal 1 kq
Su
Kişniş 6-8 yarpaq
Sarımsaq 4 diş
Şüyüt 1 çay qaşığı
Üyüdülmüş kişniş toxumaları
Qurudulmuş nanə
Qırmızı bibər

  • Zoğalı yuyun və suyu çəkilməsi üçün bir süzgəcdə saxlayın.
  • Giləmeyvəni bir qazana qoyun və üstünü tamamilə su ilə örtün. 10-15 dəqiqə aşağı odda bişirin.
  • Tumlarını çıxarın, qalanı isə bir ələkdən süzün.
  • Yaranan kütləyə duz, keşniş və üyüdülmüş keşniş toxumarı, sarımsaq, şüyüd və qırmızı bibər əlavə edin. Hər şeyi yaxşı qarışdırın.
  • Çox qatı bir kütlə alsanız, qaynadılmış soyuq su ilə durulaşdıra bilərsiniz.
Qızardılmış balıq və ya əti zoğal sousu olmadan təsəvvür etmək mümkün deyil.
Marinə edilmiş Zoğal
Zoğal 1 kq
Su 400 ml
Mixək 4-6 böyük tumurcuq
Qara bibər tumu 6-10 ədəd
Dəfnə yarpağı 4 ədəd
Şəkər 5 yemək qaşığı
İncə duz 1 çay qaşığı
Masa sirkəsi 80 ml

  • Bir qazana su və sirkə tökün. Duz, şəkər, dəfnə yarpağı, istiot əlavə edin. Yaxşıca qarışdırın.
  • Zoğalı yuyun, hər meyvəni diş çubuğu ilə deşin və qarışığa əlavə edin.
  • Qazanı oda qoyun və qaynadək qarışdırın. Sonra tam 15 dəqiqə bişirin.
  • Marinadı əlavə edəcəyiniz bankanı 20 dəqiqə sterilizasiya edin və dəmir qapağı qaynatın.
  • Marinadı bankaya tökün və bükün. Bundan sonra, banka çevrilməlidir və boş bir yerdə, ədyal ilə örtülməlidir.
  • Bu vəziyyətdə, marinə olunmuş zoğal bir gecədə saxlanılmalıdır, sonra bankaları qaranlıq bir yerə və ya soyuducuya qoymaq olar.
Marinə olunmuş zoğal özü gözəl bir qəlyanaltıdır, onu müxtəlif salatlara da əlavə etmək olar.
Qurudulmuş zoğal
  • Zoğal meyvələrini yuyun, quru, kölgədə bir dəsmalın üstündə saxlayın.
  • 3-7 gün ərzində qurudun.
  • Zoğalın günəşin birbaşa şüalarına məruz qalmadığından əmin olun – bu halda qara rəngə çevrilə bilər, kölgədə giləmeyvə rənglərini saxlayacaqdır.
Qurudulmuş zoğal, çay və tamamilə fərqli yeməklərə əlavə olunur: küftə, şorba, balqabaq pilovu və s. Meyvələr toxum olmadan qurudulursa, soğan ilə qızardıla bilər və aş-qara kimi pilov ilə verilə bilər.
Azersun qastronomiya sirlərini bilir
Azersun milli Azərbaycan mətbəxi ənənələrinin həqiqi qoruyucusudur, sevimli ev yeməklərinin sirləri holdinqin markalarında - Bizim Tarla, ZEYTUN BAĞLARI, AZƏRÇAY və s. Qorunur. Bizim Tarla, ailəsi üçün dadlı təamlar bəxş etmək istəyən, lakin gündəlik işlərdən kompot və ya mürəbbə bankası hazırlamağa vaxtı olmayan qadınlara kömək edir. Yeri gəlmişkən, Bizim Tarla-da əla zoğalı kompotu da tapa bilərsiniz. Hazırlama metodu sayəsində meyvələr faydalı xüsusiyyətlərini tam saxlayır və zəngin bir ləzzət ortaya qoyur. Kompotda GMO, boyalar və əlavə qatqılar yoxdur, yalnız təbii maddələr: zoğalı albalı, pasterizə edilmiş su, şəkər və limon turşusu var.
Bizim Tarla markası adını, 34.000 hektar ərazidə təbii olaraq tərəvəz və meyvələrin yetişdirildiyi Biləsuvardakı bir tarladan götürmüşdür. Bizim Tarla məhsullarının istehsalında davamlılıq və gigiyena vacibdir. Bu gün hər bir azərbaycanlının tanıdığı və qürurla "yerli məhsul" adlandırdığı bir markadır.
Bizim Tarla məhsulları evdə hazırlamış turşular, kompotlar, mürəbbə, cem vı digər məhsullardan fərqlənmir, lakin vaxta qənaət etməyə kömək edir. Təzə meyvələrdən hazırlanmış kompotlar, konservlər və mürəbbələr, soyulmuş pomidor, tomat pastası, müxtəlif turşular, yaşıl noxud kimi, Azərbaycanın müxtəlif bölgələrinin bağçalarında toplanmış tərəvəz yeməkləri. Hazır məhsulların dadından ləzzət alın, onları başqa yeməklərə əlavə edin, ilham alın - bunlar mətbəxdəki kiçik sirləriniz olsun.
Umico sizə xoş iştah arzulayır