Ştutqartın eksperti və Umico Live-dan avtomobil sahibləri üçün 10 layfhak
İndiki zamanda həyatımızı avtomobilsiz təsəvvür etmək mümkün deyil. Bizi A nöqtəsindən B nöqtəsinə aparsalar və heç bir baxım tələb etməsələr daha da gözəl olardı. Ancaq təəssüf ki, biz maşın əldə etməklə bununla yanaşı xeyli baş ağrısı əldə edirik. Bu gün biz, Umico Live komandası, Ştutqart mütəxəssislərinin dəstəyi ilə, sizin üçün həqiqətən avtomobil sahiblərinin həyatını asanlaşdıracaq 10 layfhak topladıq.
Ştutqart mağazalar şəbəkəsi 2004-cü ildən bəri avtomobil hissələrinin satışını həyata keçirir. Bu gün 15 mağazadan ibarət mağazalar şəbəkəsində orijinal Alman, Yapon və Koreya istehsalı olan avtomobil hissələri satılır.

Bu ildən etibarən Ştutqart ilk dəfə olaraq avtomobil servisi layihəsinə start vermişdir. Artıq ilk avtoservis Bravo Koroğlu hipermarketinin yeraltı dayanacağında istifadəyə verilmişdir. Tezliklə bütün Bravo hipermarketlərində Ştutqart avtoservisləri fəaliyyətə başlayacaq. Ştutqartdan əldə etdiyiniz hər çekin dəyərinin 2%-i qədər Umico bonusları qazana bilərsiniz. Və bu bonusları istənilən Umico tərəfdaşında alış-veriş üçün xərcləmək mümkündür. Bu da bizdən sizə ilk layfhak! İndi bütün ailənizin maşınını təmir etmək üçün Ştutqarta gətirə bilərsiniz. Bu müddət ərzində də Bravodan alış-verişlərinizi edib, ödənişi qazandığınız Umico bonusları ilə ödəyə bilərsiniz. Təəccüblüdür? Daha çoxu üçün oxumağa davam edin!
1. Daha təhlükəsiz bir gecə səyahəti üçün göstərici ekranların parlaqlığını minimuma endirin
Bəzi avtomobillərin daxilində olan kiçik göstərici panellərin (sürət, benzin və s) və ekranın parlaqlığını idarə etmək olur. Bunun xüsusi bir səbəbi var. Əgər göstərici panellərinin və ya ekranın parlaqlığı çox yuxarıdırsa, hər dəfə onlara baxdıqdan sonra gözlərimizin qaranlıq və ya daha az işıqlı yola öyrəşməsi vaxt alır. Ona görə parlaqlığı minimuma endirin və daha təhlükəsiz maşın sürün. Təbii ki smartfonların da parlaqlığını minimuma endirin və hər hansı bir bildirişin diqqətinizi yayındırmaması üçün telefonu üzü aşağı vəziyyətdə saxlayın.
2. Palçıqdan və qardan necə tez çıxmaq olar?
Avtomobiliniz qışda qara və ya yazda palçığa batan zaman təkərlərin sürüşməsi səbəbi ilə avtomobili yerindən çıxarmaq çətin olur. Bu zaman ayaqaltı rezini hərəkət istiqamətində təkərlərin qarşısına qoysanız, təkərləriniz istənilən sürüşkən mühitdən rahatlıqla çıxacaqdır.
3. Hansı sürət yanacağa qənaət etməyə kömək edəcək?
Birdən birə sürəti qaldırmaq və ya anidən sürəti endirmək avtomobilinizin daha çox benzin yandırmasına səbəb olur. Həmçinin küləkli havalarda maşını aşağı sürətlə istifadə etməyiniz də daha az benzin istifadə etməyinizə kömək edəcəkdir. Çünki sürətli gedəndə, külək səbəbindən motora daha çox güc düşür və motor daha çox benzin yandırır.
4. Şinlərdə təzyiqi nə üçün ölçməli?
Daha az benzin istifadə etmək üçün növbəti diqqət etməli olduğunuz məqam təkərlərin təzyiqidir. Düzgün təzyiqdə şişirilmiş təkərlər ən uyğun dayanma və durma məsafəsini təmin edir. Bu qəribə səslənə bilər amma doğrudur. Avtomobilinizi ən sərfəli şəkildə istifadə etmək üçün təkərlərin mümkün olan ən yuxarı təzyiqdə olmasına diqqət edin. Təkərləriniz normadan 0.1 ATM daha az şişirilsə belə benzin istifadəniz 2-3% artar. Təkərlərin təzyiqi həm avtomobilinin modelinə həm də istifadə etdiyiniz təkərin brendinə görə fərqlənə bilər. Əgər siz hələ də maşın alan zaman üstündə olan təkərləri istifadə edirsinizsə, bu təkərlərin şişirilmə təzyiq norması ilə bağlı məlumatı istifadə kitabçasından tapa bilərsiniz. Əgər yeni təkər almısınızsa, həmin təkərlərin də şişirilmə təzyiq normasını internetdə axtarış verməklə tapmaqda fayda var.
5. Yanacaq çənini yarıdan aşağı dolu istifadə etmənin təhlükəsi nədir?
Çəndə minimum yanacaq miqdarı olan bir avtomobildə hərəkət etmək və son anda yanacaq doldurmaq çox zərərlidir. Avtomobil hərəkətsiz qaldıqda benzinin içindəki tortular benzin çəninin dibinə yığılır. Az benzinlə avtomobili istifadə etmək və benzin bitmək üzərə olan zaman çəni doldurmaq bu səbəblə zərərlidir. Dibdə yığılan tortular filtrə və pompaya çatanda zərər verə bilirlər. Buna görə, xüsusi ilə də qış aylarında yanacaq çənini yarısına kimi dolu formada istifadə etmək ən yaxşısıdır.
6. Buzlayan ön şüşənin buzunu necə açmalı?
Qışda havalar buzlamağa başlayanda səhərlər xoşa gəlməz hadisə ilə qarşılaşa bilərsiniz. Ön şüşənin üstü tamamilə buz bağlamışdır. Çoxları bu buzu açmaq üçün ön şüşəyə isti su tökür, lakin bu sadəcə işləri daha da çətin edir. Onun əvəzinə ağ sirkəni su ilə qarışdırın və şüşənin üstünə sprey ilə tətbiq edin. Şüşədəki buz tezliklə açılacaqdır.
7. Yanacaq çəninin hansı tərəfdə olduğunu necə yada salmalı?
Avtomobilinizi yeni aldıqda benzin çəninin hansı tərəfdə olduğunu tez tez xatırlamaqda çətinlik çəkə bilərsiniz. Lakin sürücü oturacağında olduğunuz zaman qarşınızdakı göstərici ekranına baxmaqla bunu təyin etmək mümkündür. Benzin göstərici ekrana baxın, yanacaq çəni işarəsi hansı tərəfdədirsə, avtomobilinizin benzin çəni da o tərəfdə yerləşir. Bu məlumat xüsusi ilə dostunuzun avtomobilini sürəndə və ya bir neçə günlük avtomobil kirayə edəndə yanacaq çəninin yerini müəyyənləşdirmək üçün çox əlverişli ola bilər.
8. Şüşədəki çat böyüməsini necə dayandırmaq olar?
Uçan bir daş hissəciyi pənəcərələrinizdən birində kiçik cızıq və ya çat yarada bilər. Bu çat isə yavaş-yavaş böyüyə bilən bir zərərdir. Böyümədən qarşısını almaqda fayda var, çünki ön şüşələr özəlliklə baha olur. Bunun üçün şəffaf dırnaq lakını çatlamış və cızılmış hissələrə sürtün. Dırnaq lakının içində olan yapışdırıcı kimyəvi maddə çatların və cızıqların böyüyüb artmasının qarşısını alır və boşluğu dolduraraq daha təmiz bir görüntü təmin edir. Təbii ki bu üsul böyük çat və qırıqlar zamanı kömək etməyəcək.
9. Dəri oturacaqları necə parlaq etmək olar?
Bəli bu da bir çoxlarına qəribə gələcək bir məlumatdır, lakin dəri oturacaqlarınızın təzə kimi parıldaması üçün çarəsi mətbəxinizdədir – Zeytun yağı. Çox az miqdarda zeytun yağını oturacağa sürtün və balaca əski ilə, dairəvi hərəkətlə cilalayın. Bu prosesi 2-3 ayda bir təkrarlamağınız kifayətdir ki avtomobilinizin oturacaqları ilk gündə olduğu kimi parıldasın.
10. Donmuş qapını necə açmaq olar?
Qış aylarında qapı kilidi və ya qapının tutacağı, həmçinin açar yeri soyuq və şaxtadan dona bilər. Bu zaman soyuqda qapının ağzında dayanıb açılmasını gözləmək yerinə açarın ucuna azca antiseptik gel əlavə edin və qapını açmağa çalışın. Antiseptik gelin tərkibindəki alkoqol buzun açılmasını təmin edəcəkdir.
11 МАЯ / 2020