Umico Live

Umico və Azercellə mobil danışığa necə qənaət etmək olar, bilmək istəyirsiniz?

Umicologia
İstəyir mesajlaşmağı sevən birisi olun ya da saatlarla telefonda danışın. Bu günlərdə hər birimizin tək ünsiyyət vasitəsi telefonlarımızdır. Bəs sizə desək ki bütün danışıqlarınızı və mobil internetdən istifadəni pulsuz həyata keçirə bilərsiniz?! Təsəvvür edin hər gün dostlarınıza, ailə üzvlərinizə zəng edirsiniz, saatlarla danışırsınız, və ya hər gün instagramda canlı yayımı mobil internetinizlə edirsiniz lakin bunun üçün pul ödəmirsiniz. “Necə?” -deyə soruşduğunuzu eşidirik.
Bunun üçün Azercell nömrəsindən istifadə edib, fakturasız abunəçisi olmaq və Umico istifadə etməyiniz kifayətdir. Çünki indi Umico ilə qazandığınız bonusları Azercell nömrənizə balans olaraq yükləyə bilərsiniz. Bonus qazanmaq üçün isə bütün alış verişlərimizdə Umico istifadə etdiyimizi artıq bilirik. Yeri gəlmişkən Umico bonuslarınızla təkcə öz nömrənizin deyil, həm də istənilən Azercell nömrəsinin balansını artıra bilərsiniz.

Azercell nömərəsinin balansını artırmaq üçün elə indicə:
  1. Umico mobil əlavəsinə daxil olub, sağ aşağı hissədən“daha çox” bölməsinə daxil olun
  2. Sonra “Onlayn-xidmətlər” seçin və “Azercell” yazısına toxunun
  3. “Umico bonusları ilə balans artırmaq” bölməsini seçin
  4. Nömrəni və ödəmək istədiyiniz məbləği qeyd edin
  5. Son olaraq “Balansı artırmaq” düyməsinə toxunun və budur, pul xərcləmədən Azercell mobil balansınızı artırmış oldunuz!

Gəlin sizə başqa bir sirr də açaq. Əgər Azercell mobil balansınızı ödəmə terminalı (məsələn Milliön) və ya internet banking vasitəsi ilə artırsanız yenə də xərclədiyiniz məbləğin bir hissəsini Umico bonusu olaraq geri qazana bilərsiniz. Əgər Umico kartınızı və ya mobil əlavənizi qeydiyyatdan keçirən zaman Azercell nömrənizi qeyd etmisinizsə hər dəfə Azercell balansınızı artıranda sizə 3131-dən sms gələcək. Həmin sms-ə sadəcə “HE” yazıb göndərməyiniz kifayətdir ki, xərclədiyiniz məbləğin 0,7%-i sizin Umico hesabınıza bonus olaraq geri qayıtsın.
Bonusun kiçiyi böyüyü olmaz! Növbəti alış verişləriniz zamanı kassada Umico kartınızı və ya mobil əlavənizi göstərməyi unutmayın!