Qarşılığını ala biləcəyiniz bir investisiya. Umico ilə təhsil imkanlarını seçirik
Dünya hələ də qismən dayanmış rejimdədir. 6 ay il əvvəl vəziyyətdən istifadə edib öz inkişafınıza başlamaq üçün yaxşı olacağını düşünüb hələ də etməmisinizsə, indi bunu etməyin ən yaxşı vaxtıdır. İnteqrasiya etdiyimiz yeni ritm bizə imkan verir ki aydın şəkildə hansı bacarıqlarımızın inkişaf etdirilməli olduğunu görək. Çoxdandır öyrənmək istədiyimiz, uyğun şərait olmadığına görə davamlı ərtələdiyimiz bacarıqları öyrənək. Kimsə rəsm çəkməyi kimsə yeni bir xarici dildə danışmağı öyrənmək istəyirdi. Biz də Umico tərəfdaşları arasında sizə yeni bilik və bacarıq öyrədəcək və şübhəsiz keşbek qazandıracaq tərəfdaşların siyahısını hazırladıq.
Xarici dil öyrənin
Bir dil kursuna yazılmaq üçün min səbəb ola bilər: sıfırdan öyrənmək, imtahanlara hazırlaşmaq, beynəlxalq sertifikat almaq, qrammatikanı və lüğəti yaxşılaşdırmaq və ya əylənmək üçün xarici dildə söhbət etmək. Və bu səbəblər hər şəxs üçün individual olaraq fərqlənə bilər. Ancaq bir şey dəqiqdir ki, kimisə xarici dil biliklərinə investisiya qoymağın sizə fayda gətirəcəyinə inandırmağa ehtiyac yoxdur. Bütün kurslar onlayn şəkildə mövcuddur.
İxtisas səviyyənizi artırın


Yəqin ki, "Beşikdən qəbirə qədər öyrənin" ifadəsini eşitmisiniz. Bütün ixtisasların necə köhnəldiyini və peşələrin quruluşunun dəyişdiyini görürük və bütün bunlar olduqca sürətlə baş verir. Buna görə də universitetdə aldığınız diplomun çox qısa bir "etibarlılıq müddəti" var. Sonrası isə sizdən asılıdır. İxtisas artırma üzrə də bütün kurslar onlayn şəkildə mövcuddur.
Yeni bir peşəyə yiyələnin
Bunu etmək heç vaxt gec deyil, xüsusən də müəyyən bir mövzuda istəyiniz varsa. Maraqlı hekayə deyək: Rut Flouers 68 yaşında DJ oldu. Nəvəsi onu ad günü üçün bir gecə klubuna dəvət etmişdi və qadın orada yeni bir həyat bacarığı haqqında düşündü. Rut Flouers, Mami Rock oldu və sonrakı iki ildə musiqiləri qarışdırmağı və DJ setlərini etməyi öyrəndi. Düzdür, klublar bu yaşda çıxış etmək üçün DJ dəvət etməyə tələsmirdilər. Bundan sonrası isə əsl kino kimidir. Onun ilk real şansi Cannes-a düşdü. Rutun prodüseri bir möcüzə ilə ifasını film festivalı partiyalarından birinin proqramına daxil etməyi bacardı. Qonaqlar sevindilər. Sadəcə bir ildə Mami Rock əsl dünya şöhrəti qazandı. İstənilən sahədə yeni şeylər öyrənə bilərsiniz, əsas olan səmimi istəyinizdir.
Çoxdan istədiyiniz o hobbini öyrənin
Yeni şeylər öyrənirik, dəyişirik. Öyrənməyə ayrılan gündə 15-30 dəqiqə belə beynin müxtəlif sahələrini aktivləşdirir və biz daha sağlam və gənc oluruq. Və bu sübut edilmiş bir həqiqətdir! Birincisi, öyrənmə yaddaşın yaxşılaşdırılmasına kömək edir. İkincisi, kiçik akademik qələbələr belə sizd özünə inam yaradır. Üçüncüsü, bir mövzunun öyrənilməsi digər sahələrdə yaradıcılıq uğurlarını stimullaşdırır. Yeni bir mövzunu mənimsədikcə beyniniz hazırkı məşğuliyyətinizlə hər cür bənzərsiz əlaqə qurur.
Uşaqlarınızı işə daxil edin
Bütün valideynlər uşaqlarına ən çox bilik vermək istəyirlər. Uşaqlığa xas olan bacarıq və biliklərin övladımızda qalacağını və onun özünü tapmasına və həyata keçirməsinə kömək edəcəyini başa düşürük. Çox şeyin İT ilə əlaqəli olduğu bir dünyada yaşayırıq, buna görə də uşaqlar üçün tez-tez proqramlaşdırma və robot texnika kursları seçilir. Axı bu, çox fərqli detalların olduğu böyük bir elmdir. Hətta yetkin həyatda bir inkişafçı olmayacaq uşaqlar üçün də İT ilə tanış olmaq arzu olunur. Bu cür fəaliyyətlər uşaqlarda əzmkarlığı, və məntiqi, başladılan sona çatdırmaq bacarığını inkişaf etdirir. Və bu mütləq məktəb performansına təsir göstərir.
Maraqlı bir fakt: Karantin dövründə məşhur Coursera təhsil platformasında tələbə sayı 25 milyon nəfər artıb! Bu, keçən yazla müqayisədə 520% çoxdur. Və bu əla seçimdir - öyrənmək, inkişaf etdirmək və özünüzün ən yaxşı versiyanız olmaq. Sizə də məsləhət görürük!