Ev kosmetoloqu: dəriyə əsas qulluq – tonlama
Yves Rocher ilə birlikdə başladığımız yeni "Ev kosmetoloqu" layihəmizdə ev gözəllik prosedurlarının incəliklərini öyrənməyə davam edirik. Ötən həftə təməl dəriyə qulluq etməyin ilk prinsipi - təmizləmə haqqında danışdıq. Bu gün tonlama haqqında danışacağıq. Çoxları bu addımı etmədən keçir, tonikləri su kimi qəbul edirlər və onsuz da olar deyirlər. Niyə belə etməməli olduğumuzu gəlin öyrənək.
Təmizlədikdən sonra tonlama mərhələsi gəlir, bu mərhələyə laqeyd qalınmamalıdır. Adətən təmizləyicilər dərinin qoruyucu qatını pozurlar. Hidrolipid baryerini bərpa etmək, turşu bazası balansını (pH) düzəltmək və dərini əsas məhsulun tətbiqinə hazırlamaq - tonlamanın əsas vəzifələridir.
Tonlamanın 3 qaydası
Qayda 1. Bu mərhələni səhər və axşam, eləcə də dərinin hər dəfə su ilə təmasından sonra mütləq həyata keçirin.

Bir çox təmizləyicinin tərkibində dərinin qoruyucu təbəqəsini zədələyən sərt qələvi səthi aktiv maddələr vardır. Diqqətsiz yuyulmadan sonra səthi aktiv maddələr üzdə qalır, dərini qələvi və pH səviyyəsi normadan artıq olur. Beləliklə, özümüz də patogen mikrobların inkişafı üçün əlverişli şərait yaradırıq.

pH dərinin turşu bazası mühitinin ölçüsüdür. Normalda 3.9 ilə 5.5 arasında dəyişir.


Tonlamanın vəzifəsi, dərini səthi aktiv maddələrdən təmizləmək, pH-nı bərabərləşdirmək və əsas məhsulun tətbiqinə üzü hazırlamaqdır. Təmizləndikdən dərhal sonra qoruyucu bir krem istifadə etsəniz, dəri qidalanmaya aqressiv reaksiya verəcək və yağ miqdarının artmasına səbəb olacaq sebum ifraz etməyə başlayacaq.

Tonikləri, səhər və axşam, həmçinin dərinin hər dəfə su ilə təmasından sonra istifadə etməlisiniz. pH balansının təbii formada bərpa olunması üçün təxminən iki saat lazım olur. Tonik dərhal hərəkət edir, həmçinin qan mikrosirkulyasiyasını yaxşılaşdırır, epidermisin hüceyrələrinə oksigen çıxışını təmin edir. Bu, dərini daha möhkəm, təravətli və hamar edir.
VACİBDİR
Bir çox serumda hialuron turşusu var, bu da dermada suyun saxlanması üçün dəyərlidir. Turşunun effektli olması üçün o, düzgün -yəni, yalnız tonikdən sonra tətbiq olunmalıdır. Tonik ilə hazırlanmamış bir üzdə hialuron turşusu serumundan istifadə etsəniz, dermadakı nəmlik yetərli olmaya bilər. Ən yaxşı halda heç bir effekt görməyəcəksiniz.
Qayda 2. Toniki təmizləndikdən dərhal sonra tətbiq edin – cəmi yarım dəqiqə vaxtınız var.

Dərini tonlamağın qızıl qaydası budur ki, tonik, üz yuyulub təmizləndikdən dərhal sonra tətbiq olunur. Üzünüzü dəsmal ilə silməkdən sonra tonik tətbiq etmək üçün demək olar ki, yarım dəqiqə vaxtınız var. Fakt budur ki, 30 saniyədən sonra epidermisin nəm səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşməyə başlayır, məsamələri bağlanır və nəmləndirici kosmetik vasitələrin faydaları dərhal yarıya endirilir. Buna görə də, dərinizin kosmetik məhsulların təsirinə ən çox həssas olduğu müddətdə bir nəmləndiricini hazır edin.
Qayda 3. Dərinizə uyğun məhsullar seçin.

Yağlı dəriniz varsa, pH tonlanmadan qələvi mühitə daxil olur - bu bakteriyaların böyüməsinə və səpgilərin yaranmasına səbəb olacaqdır. Mühiti turşulaşdırmaq üçün tərkibində turşular olan tonikləri seçin. Digər tərəfdən, quru dərinin pH səviyyəsi daha turşudur, buna görə nəmləndirici və canlandırıcı toniklərdən istifadə edin.

Toniklərin tərkibi mümkün qədər sadədir, qəti şəkildə "yox" deməyiniz üçün demək olar ki, heç bir şey yoxdur. Quru və həssas dəriniz varsa, alkoqoldan çəkinin, çünki alkoqol dəri üçün aqressivdir və yağ bezlərinin artmasına səbəb ola bilər. Spirt ümumiyyətlə aktiv maddələr üçün əlavə qoruyucu və ya keçirici rolunu oynayır. Normal və ya yağlı bir dəri növü varsa, alkoqolun istifadə etdiyiniz məhsulun tərkibinndəkilər listində ilk başlarda olmadığına diqqət yetirin.
Yves Rocherdən 3 bestseller
Bütün dəri növləri üçün düzgün tonlama
Yvesrocher.az saytında hər hansı bir kosmetik məhsulu sifariş edin və Umico bonusları ilə 3,5% keşbek və evə çatdırılma əldə edin.

Yves Rocher - bitki mənşəli kosmetikanın yaradıcısı
• 100 % bitki mənşəli aktiv maddələr
• 60 hektar öz üzvi sahələrimiz
• Eko formatda məhsullar
Evdə salon
Evdə hazırlana bilən toniklər
Gül hidrolatı
Gül əsaslı məhsullar iltihaba qarşıdır və dərini yaxşı nəmləndirir və pH səviyyəsini bərpa edir. Evdə gül suyu etmək üçün bir neçə qızıl gülü və ya itburnu gülünü istifadə edin. Qırmızı sortlar, xüsusilə Damask qızılgülü idealdır.
1
Böyük bir qazana ləçəkləri əlavə edin və üzərini yüngül şəkildə örtənə qədər su tökün.
2
Suyu qaynayana qədər isidin, sonra istiliyi azaldın və ləçəklər rəngini itirənə qədər aşağı dərəcədə qaynadın.
3
Hazır suyu bir ələkdən keçirin və şüşə bankaya tökün. Sərin və qaranlıq yerdə saxlayın, bir neçə ay istifadə edilə bilər.
Nanə tonik
Nanə tərkibində təravətləndirən və tonlayan, dəri sallanmasını və qıcıqlanmanı aradan qaldıran mentol var. Nanə ifadə xəttlərini düzəltməyə kömək edir və dərin cizgilər üzərində işləməyi bacarır.
1
Kiçik bir qazana bir stəkan su tökün, bir paket nanə çayı və bir çay qaşığı təzə və ya qurudulmuş rozmarin əlavə edin.
2
Qaynayan hala gətirin, mayenin yarısı buxarlanana qədər odda saxlayın.
3
Yaranan bulyonu süzün və sərinləməsini gözləyin, ona yarım yemək qaşığı aloe suyu əlavə edə bilərsiniz. Soyuducuda iki həftəyə qədər saxlayın.
Dəriyə qulluğun ikinci mərhələsini bir daha nəzərdən keçirək. Tonlama təmizlənmə prosesinin tamamlanmasına kömək edir, turşu bazası tarazlığını bərabərləşdirir və epidermisi nəmlə doydurur. Tonik böyük şəhərlərdə yaşayan və cod və ya çox yumşaq su istifadə edənlər üçün vacibdir.
Hər zaman gözəl qalın - Umico və Yves Rocher hər zaman sizinlədir!

Həmçinin oxuyun