Nə etmək lazımdır?
Optimist münasibət bəsləyin.
Pozitiv düşünmək, buludların üstüdə yaşamaq, çətinliklərə əhəmiyyət verməmək və ya hadisələrə qeyri-real baxmaq deyil. Əsas odur ki, zehninizi daha məhsuldar edəsiniz. Optimistlər, pessimistlərdən fərqli olaraq, bütün xoşagəlməz hadisələrdə özlərini günahlandırmırlar. Pozitiv düşüncəli insanlar üçün hər hansı bir çətinlik müvəqqəti çətinlik kimi qəbul edilir, bundan sonra yaxşı bir şey mütləq baş verəcəkdir. Pessimistlər fikirlərini problemin səbəblərinə cəmləşdirdiyi halda, optimistlər həll yolları axtarır və irəliləyir.